İnsanlara hürriyət, millətlərə istiqlal!

Əməkdar artist: "2 dəfə səs tellərimdən əməliyyat olundum"

624 04.07.2026 21:27 Şou-biznes A A

Əməkdar artist Ruhəngiz Allahverdiyeva toylara getməməsindən və maddi çətinliklərdən danışıb.

Müğənni bu barədə "Xəzər axşamı" verilişində açıqlama verib. O bildirib ki, əvvəllər toy məclislərinə çox getsə də, indi bu dəvətlər olmur:

"Əvvəl cəmi 3 ay toy mövsümü olurdu. Hər gün toya gedirdim. İndi cəmi iki ay toy edilmir. Səsim batdı, gedə bilmədim. İki dəfə səs tellərimdən əməliyyat olundum. Sonra ailəmdə qadağalar oldu, gedə bilmədim. Bununla belə, uşaqlarımı böyütdüm, təhsil verdim. Müğənnini geyindirmək çətindir, çox pul lazımdır. Özümü 52 ildir özüm maliyyələşdirmişəm, geyinmişəm. Dörd-beş ailəni saxlamaq çətindir".

R.Allahverdiyeva modelyer olsaydı, daha böyük uğurlar qazana biləcəyini də vurğulayıb:

"Düşünürəm ki, modelyer olsaydım, daha yaxşı dolanardım. Məni dünya tanıyardı. Dünyada olan modelyerlərlə ayaqlaşacaq sənətim var"./axşam.az

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR