İnsanlara hürriyət, millətlərə istiqlal!

Əliyev-Zelenski görüşünün SENSASİON detalları: "Azərbaycan bundan sonra..."

1897 02.06.2023 15:17 Siyasət A A

"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu hesab edir ki, Azərbaycan Prezidenti İlham Əliyevin Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşü bir neçə səbəbdən əhəmiyyətlidir.

elxan.jpg (68 KB)

Musavat.com-un xəbərinə görə, politoloq bildirib ki, ilk növbədə bu görüş Azərbaycanın Ukraynanın ərazi bütövlüyünün bərpası və işğala son qoyulması istəyini tərənnüm etdirir:

"İkincisi, Azərbaycan dost Ukraynaya humanitar yardımlarını davam etdirəcək. Üçüncüsü, Azərbaycan Ukraynaya daha çox yanacaq verməyə hazırdır. Dördüncüsü, müharibədə valideynlərini itirən ukraynalı uşaqların Azərbaycanda dincəlmələri davam etdiriləcək".

Politoloq vurğulayıb ki, Ermənistan isə Ukraynaya yardım etmir:

"Halbuki, Ukraynada müharibəyə qədər azərbaycanlılarla ermənilərin sayı faktiki eyni idi. Ancaq müharibə zamanı Ermənistan Rusiyanın qorxusundan Ukraynaya yardım etməyib. Azərbaycanın Ukraynaya yardımı Vaşinqton tərəfindən də yüksək qiymətləndirilib. Prezident Volodimir Zelenski müharibədən sonrakı dövrdə Azərbaycanın Ukraynadakı investisiya layihələrində fəal iştirakını arzuladığını bildirib".

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR