İnsanlara hürriyət, millətlərə istiqlal!

Elin Süleymanov: Ermənistan siyasətçiləri anlamalıdır ki... - VİDEO

695 23.09.2023 17:37 Siyasət A A

Səfir Elin Süleymanov nüfuzlu NewsWeek jurnalına müsahibəsində Azərbaycan tərəfinin konstruktiv yanaşması və Qarabağın erməni sakinlərini Azərbaycan cəmiyyətinə inteqrasiyaya dəvət edildiyinj diqqətə çatdırıb.

Musavat.com xəbər verir ki, müsahibədə eyni zamanda Qərb ölkələrinin ikili standartlar sərgiləməsi qeyd olunub, Gürcüstan və Ukraynanın ərazi bütövlüyünün onlar üçün müqəddəs hesab olduğunun, Azərbaycana münasibətdə isə fərqli mövqe ortaya qoyduqlarını bildirib.

Qeyd olunub ki, Ermənistan siyasətçiləri anlamalıdır ki, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə hörmətlə yanaşmalıdırlar, əks halda onların ərazi iddialarının nəticəsi ağır olacaq.

Ermənistan diplomatik fəaliyyətində gah Kollektiv Təhlükəsizlik Təşkilatından, gah NATO-dan, gah da regiondan uzaq ölkələrdən mədət umur, dəstək istəyir. Halbuki Ermənistan ilk öncə qonşu dövlətlərlə Azərbaycan, Gürcüstan, Türkiyə ilə müsbət münasibətlər qurmalı olduğu müsahibədə diqqətə çatdırılıb.

Müsahibə ilə ətraflı bu linkdən tanış ola bilərsiz: https://www.newsweek.com/azerbaijan-issues-warning-russian-ally-teeters-armenia-nagorno-karabakh-pashinyan-elin-suleymanov-1829231

Qeyd etmək istərdik ki, Elin Süleymanov regionda son vəziyyətlə əlaqədar BBC-yə də müsahibə verib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR