İnsanlara hürriyət, millətlərə istiqlal!

Əlillər evində alma yeyən gənc öldü - FOTO FOTO

840 05.11.2022 01:43 Hadisə A A

İstanbulda əlillər evi mərkəzində qalan autizm xəstəsi 31 yaşlı Oğuz Sercan Şevkerə almanın qadağan olunduğu halda yediyi üçün nəfəsi kəsilərək dünyasını dəyişib.

Musavat.com xəbər verir ki, ölən gəncin ailəsi bunun səhlənkarlıq olduğunu bildirərək cinayət işi qaldırıb.

Əlillər evi rəsmiləri isə Şevkerin bağdakı ağacdan almanı qopararaq yediyini söyləyərək səhlənkarlıq iddialarını qəbul etməyib. Ailə və Sosial Xidmətlər Nazirliyi Şevkərin ölümü ilə əlaqədar əlillər evinin istintaq bitənə qədər fəaliyyətini dayandırmasına qərar verildiyini açıqlayıb.

Qeyd edək ki, oktyabrın 20-si saat 15?00 radələrində autizmli Oğuz Sercan Şevker xüsusi əlillər üçün nəzərədə tutulmuş müalicə mərkəzində alma yeyərkən nəfəsi kəsilib. Əlillər evində Oğuz Şevkərə ilkin yardım göstərilib. Oğuz Sercan Şevker daha sonra xəstəxanaya yerləşdirilib. 12 gün reanimasiyada olan Şevker dünyasını dəyişib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR