İnsanlara hürriyət, millətlərə istiqlal!

Əli Kərimlidən Xankəndi haqda xəsis paylaşım - onun "əmma"sına baxın! FOTO

7858 16.10.2023 09:36 Son xəbər A A

Musavat.com xəbər verir ki, AXCP sədri, radikal müxalifətin başı olan Əli Kərimli Xankəndi ilə bağlı paylaşım edib.

Ötən aya qədər Azərbaycanın Qarabağ zəfərinə "Xankəndi, Xocalı bizdə deyilsə, heç bir qələbədən söhbət gedə bilməz", bəhanəsi ilə kölgə düşürən Ə. Kərimlinin bu dəfə də "əmma"sı var. Çox xəsis, çox pərt paylaşımda bunlar yazılıb:

"Milli bayrağımızın Xankəndində ucaldılması münasibətilə xalqımızı təbrik edirəm. Qəhrəman şəhidlərimizi rəhmətlə anırıq. İgid qazilərimizə, fədakar şəhid ailələrinə, Azərbaycan ordusuna minnətdarlığımızı bildiririk.

Rusiya silahlı qüvvələrinin ölkəmizdən ən qısa müddətdə çıxarılmasına da nail olmalıyıq".

Bu dəfə də "kölgə"nin ideologiyası elan olundu. Bu böyüklükdə zəfər qalacaq kənarda, "Rusiya sülhməramlıları" olacaq əsas məsələ.

Allah islah etsin və millətin zəfərinə sevinə biləcək ürəklə mükafatlandırsın.

Qeyd edək ki, çoxsaylı Facebook istifadəçiləri onun bu naqis paylaşımına etiraz püskürürlər.

 

WhatsApp Image 2023-10-16 at 09.28.46.jpeg (160 KB)

WhatsApp Image 2023-10-16 at 09.30.18.jpeg (173 KB)

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR