İnsanlara hürriyət, millətlərə istiqlal!

Əli Hüseynli: “Azərbaycan diasporu hazırda öz tarixinin ən güclü dövrünü yaşayır”

322 13.08.2023 17:57 Siyasət A A

“Azərbaycan diasporu hazırda öz tarixinin ən güclü dövrünü yaşayır”.

Musavat.com xəbər verir ki, bu fikri Azərbaycan Respublikası Milli Məclisi sədrinin birinci müavini Əli Hüseynli Naxçıvanda keçirilən “Diaspor Gənclərinin IV Yay Düşərgəsi”nin rəsmi açılış mərasimində çıxışında səsləndirib.

O qeyd edib ki, Azərbaycan dövləti işğalçı Ermənistanı döyüş meydanında məğlub etdiyi kimi, diasporumuz da böyük imkanlara malik Ermənistan diasporuna beynəlxalq arenada qalib gəlib: “Biz bu üstünlüyü qoruyub saxlamalıyıq. Ona görə də diaspor sıralarında baş verən nəsil dəyişikliyinə adekvat cavab verməli, xarici ölkələrdə yaşayan gənclərimizin Azərbaycanla əlaqələrini indidən möhkəmləndirməliyik. Hesab edirəm ki, Diaspor Gənclərinin Yay düşərgələri kimi layihələrin diasporun fəaliyyətində, təşkilatlanmasında və ana vətənlə əlaqələrin qurulmasında müstəsna əhəmiyyəti var”.

Birinci vitse-spiker Prezident İlham Əliyev kimi Ali Baş Komandanı olan müasir Azərbaycan gəncliyinin xoşbəxt olduğunu bildirib: “Təəssüf ki, 1980-ci illərin sonunda Qarabağ münaqişəsi başlayanda böyük tarixi şəxsiyyət, ulu öndər Heydər Əliyev hakimiyyətdə deyildi. Amma indiki gənclik xoşbəxtdir ki, onun İlham Əliyev kimi Ali Baş Komandanı var. Prezident İlham Əliyev dəfələrlə qeyd edib ki, Qarabağı işğaldan azad edən gənclik məhz onun hakimiyyəti dövründə yetişib. Çünki dövlət başçımız bu gəncliyi vətənpərvərlik ruhunda tərbiyə etdi, onu döyüşə hazırladı. İnanıram ki, bu gənclik Naxçıvanı Zəngəzur dəhlizi vasitəsilə Azərbaycanın əsas hissəsi və Türk Dünyası ilə də birləşdirəcək”.

 Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR