İnsanlara hürriyət, millətlərə istiqlal!

“Əli Əsədovun Baş nazir təyin olunması mənim üçün sürpriz olmadı” - AÇIQLAMA

1682 16.02.2024 15:58 Siyasət A A

“Əli Əsədov görkəmli dövlət xadimi, iqtisadi məsələlər üzrə peşəkar kadr, həmçinin idarəetmə bacarığına malik şəxsdir. O, bacarığı, qabiliyyəti, səriştəsi ilə öz sözünü deyib. Nazirlər Kabineti üzvləri arasında nüfuzu yüksəkdir”. Uzun illər həm Ümumilli lider Heydər Əliyevin, həm də Prezident İlham Əliyevin iqtisadi məslələrlə bağlı köməkçisi olub və iqtisadiyyat və təssərrüfat sahəsində zəngin məlumatı və idarəetmə bacarığı var.

Bu fikirləri Musavat.com-a Sosial Tədqiqatlar Mərkəzinin icraçı direktoru Sahib Məmmədov deyib.

SAHİB SON.jpg (32 KB)

O bildirib ki, Əli Əsədov hökumətə rəhbərlik etmək qabiliyyətindədir:

“Ali icra hakimiyyətinin rəhbəri prezidentdir. Nazirlər Kabineti isə yuxarı icra hakimiyyəti orqanıdır. Ali icra hakimiyyəti rəhbəri ilə yuxarı icra hakimiyyəti orqanı arasında idarəetmə bağlılığı olmalıdır. Əli Əsədov baş nazir olduğu dövrdə bu bağlılığın qurulmasında operativlik nümayiş etdirib. Mən bunu hüquqşünas kimi həm də qanunvericilik sahəsində görürəm. Prezidentin qanunvericilik aktlarının icrasının təmin olunması ilə bağlı Fərman və Sərəncamlarından irəli gələv vəzifələr həmin sənədlərdə göstərilən vaxtlarda icra olunur. Məlumdur ki, Prezidentin Nazirlər Kabinetinə verdiyi tapşırıqlar operativ yerinə yetirilir. Müəyyən istisnaları çıxmaq şərtilə tapşırıqlar 2-3 ay müddətində həll olunur. Eyni zamanda təsərrüfat fəaliyyəti, xüsusilə işğaldan azad edilmiş ərazilərin bərpa olunması işində hökumətin üzərinə düşən vəzifələr effektiv fəaliyyət həyata keçirilir. Odur ki, Əli Əsədovun yenidən baş nazir təyin edilməsi mənim üçün sürpriz olmadı. Ayrı-ayrı qurumlarda problemlər var. Ümid edirəm ki, yeni kabinetdə bu problemlər nəzərə alınacaq”.

Sahib Məmmədov əlavə edib ki, Əli Əsədov həm də nəzəri bilikləri olan şəxsdir:

“O, uzun müddət pedaqoji fəaliyyətlə məşğul olub, iqtisadiyyatı tədris edib. Yəni Əli Əsədovun nəzəri və praktiki bilikləri var. Üstəlik, parlament üzvü kimi qanunverici orqanla ünsiyyət bacarığı var. Hakimiyyət qolları arasında əlaqələrin qurulmasında müsbət mövqeyə malikdir”.

Nigar HƏSƏNLİ,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR