İnsanlara hürriyət, millətlərə istiqlal!

Elçibəyin Baş naziri YAP deputatına qarşı: P. Hüseyn - Elman Nəsirov - GƏRGİN DEBAT

2057 28.10.2022 11:35 Gündəm A A

Ermənistan Rusiyanın təqdim etdiyi Bakı ilə münasibətlərin qurulmasının əsas prinsipləri ilə razılaşır. Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Tvitterdə yazıb.

“Sentyabrın əvvəlində İrəvan Rusiyanın təqdim etdiyi Ermənistan və Azərbaycan arasında beynəlxalq münasibətlərin qurulması üçün əsas prinsiplər və parametrlər əsasında işləməyə razılaşıb və bunu Soçidə təsdiqləməyə hazırdır. Ümid edirik ki, Rusiya təkliflərini dəstəkləyəcək”, - o bildirib.

Paşinyanın imzalayacağı sənəd Azərbaycanın maraqlarına cavab verəcəkmi? Bizi bundan sonra hansısa çətinlik gözləyirmi? Rusiya-Azərbaycan münasibətlərindəki gərginlik nədən xəbər verir? Rusiya bizə bu yolla təzyiq göstərir?

Bu və gündəmdəki digər xəbərləri bu gün saat 12.00-da aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı Xəbər” verilişində izləyə bilərsiz. Müzakirədə AXP sədri Pənah Hüseynlə YAP-çı millət vəkili Elman Nəsirov iştirak edəcək. Tamaşaçılarımız da sual və şərhləri ilə müzakirəyə qatıla bilərlər.

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/tvmusavat


Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR