İnsanlara hürriyət, millətlərə istiqlal!

Əkbər Qoşalının yarım əsri - Türk Dünyasından təbriklər

640 03.04.2023 15:38 Gündəm A A

 

 

Bu gün Azərbaycanın dəyərli ziyalısı, şairi, türkoloqu Əkbər Qoşalının 50 yaşı tamam olur.

Musavat.com saytında müntəzəm yazılarla çıxış edən Əkbər Qoşalını təbrik edərək, Türk Dünyasının tanınmış simalarının onun ünvanına göndərdiyi təbrikləri və dəyərləndirmələri təqdim edirik:

May Van Fan,

Şair, Beynəlxalq mükafatlar laureatı (Vyetnam)

Anların aurası

Şair Əkbər Qoşalının özünəxas gözəl şeirləri, ovsunlayıcı, işıltılı və gözlənilməz məqamlardan ibarətdir.

qweqw.jpg (44 KB)

Bir şair, bilgisi və təcrübəsi zəngin olunca vəcdə gələ bilir, duyğuları o qədər güclü ve qarşısıalınmaz hala gəlir ki, şeir hasil olur. Ancaq Əkbər Qoşalının şeirləri məndə fərqli bir təsir də yaradır və bu təsir hər an, hər yerdə qarşımıza çıxır. Bu, bir şairin çevrəsini gözləmlədikdən və ya ruhunu dinlədikdən sonra "şeir gözləri”nin anidən açılıb parladığını fərq etməmi təmin etdi.

Əkbər Qoşalının şeirlərində yer alan obrazlar, təsvirlər olduqca məsum və səmimi olaraq oxucurların qarşısına sıx-sıx çıxır. Bu, bir at, bir beşik, bir xalı, bir qaya, bir məzar, bir çadır, bir ulduz, bir baxış, bir insan səsi, bir udum su da ola bilər... Görünən və görünməyən bütün bu şeylərin birər mahiyyəti - öz həyatı və iç canlılığı vardır. - Əl düzəni yoxmuş kimi var olurlar amma var kimi görünürlər, gerçək həyatın düzəninə qarışmırlar; gerçək həyatı təqlid etməzlər ancaq bəlli bir qanuna, yəni şair Əkbər Qoşalının ruhunun qanununa görə var olurlar…

“Qadınlar kişilərin çiynində gedir, Kişilər qadınların göz yaşlarında…

(“Qadınlar da ölür, kişilər də…”). - Onun hər misrasında aura canlanır, canlandıqca da, müxtəlif irili-xırdalı dalğa halqaları əmələ gətirir. Bu dalğa halqaları tez-tez rezonans yaradır və necə deyərlər, müdaxilə edir, - bu da oxucunun hər işığın konkret olaraq harada yayıldığını söyləməsini çətinləşdirir, lakin onlar güclü və daim hərəkət edən işıq axınına qarışır…

Nəticə etibarı ilə Əkbər Qoşalının şeirlərini oxuyanda tez-tez konkret bir misranın üstündə dayanmaq istəmirəm, amma həmişə o güclü işığa heyran oluram və həmin işıq məni özünə çəkir. Beləliklə, demək olar ki, onun poeziyasındakı aura onun hər bir şeirini oxucunu gözəl, dəyişən bir dünyaya aparan talisman kimi üzə çıxarır. Doğrudur, burada dünya sublimasiya olunub, “zərərsizləşdirilib”, ona görə də şair dünya həyatının xoşbəxtlik, qəzəb, məhəbbət, nifrət, kədər, sevinc, arzu kimi bütün səviyyələrini nura, səadət sevincinə, bu gözəl həyatın həzzinə çevirir…
“Üzüsuluykən ölsəydim…

Şeirimin sucan ömrü olsun”

(“Suyun şərhi”).

Bu misra Əkbər Qoşalının poetik dünyasının mövcudluğunun həm açıqlaması, həm də xəbərçisi kimi diqqətimi çəkdi. Bu, Azərbaycanın fərqli və çoxşaxəli ənənəvi mədəniyyətinə əsaslanan poetik dünyadır. Vyetnamlı oxucular Əkbər Qoşalının vyetnam dilinə tərcümə olunmuş şeirlərinə rəğbət göstərir. Onun poeziyası ilə Azərbaycan ruhunun gözəlliyinə heyran oluruq. O, xeyirxahlıq və səxavəti, səmimiyyət və qonaqpərvərliyi, cəsarət və dözümlülüyü göstərir. Azərbaycanlı şair dostum Əkbər Qoşalının poeziyası bu gün olduğu kimi gələcəkdə də Vyetnam oxucularının mənəvi həyatını zənginləşdirəcəkdir.

Xasiyyət RÜSTƏM,

“Kitab dünyası” qəzetinin baş redaktoru (Özbəkistan)

maxresdefault.jpg (93 KB)

Əkbər bəy, indi şeirlərinizi oxumaqdayam! Hər kəlməyə diqqət edərkən, başqa sözlə, onlara toxunarkən ürəyimlə dönüb baxıram, sanki hər sətrinizdə üzünüzü, özünüzü görürəm, təbəssümlə boylanıb baxırsınız. Hər kəlmənizin səsi var, o səs insana insan olduğunu xаtırladır... Vergüllərinizin, nöqtələrinizin də canı var... Bir şeirinizdə “Bu dünyada bir-birimizə demədiyimiz sözlər kimi” deyirsiniz də, amma hər hərf və sözlərlə, demədiklərinizi də demiş olursunuz... Və durğu işarələriniz qədər təsdiq etdirirsiniz bunları... Onlar sizin qulluğunuza hazır qoruyuculara bənzəyir. Siz çox naziksiniz! Hətta kəlmələri də üzmək istəmirsiniz. Onlarla yaxşı danışır və onlara xoş davranırsınız! Və lakin yenə də söylədiklərinizi yapdırırsınız!

Özbək oxucularına təqdim etməkdə olduğumuz kitabınızı bir daha qutlayıram!

Sizi təbrik edirəm, Dostum!

Serhat KABAKLI

Türk Ədəbiyyat Vəqfi Başqanı

İstanbul-TÜRKİYƏ

Serhat Kabaklı - Yönetim Kurulu Başkanı - Türk Edebiyatı Vakfı | LinkedIn

Nə yaxşı ki, mənim qardaşım oldun!

Əkbər Qoşalı – Bakı küləklərinin Türk dünyasına hədiyəsi...

Əkbər Qoşalı – Türk dünyasının “Dərman Ata”sı…

Əkbər hər türkün dərdinə şərik olmaq, hər yaranı sarıb-sağaltmaq üçün çırpınıb-durur…

Və Əkbər Qoşalı Yaradanın Türk dünyasın ədəbi-mədəni əlaqələrinə lütfüdür...

Türkiyədə zəlzələ olur – dağıntılar altında Əkbər qalır…

Xocalıda soyqırım olur – Əkbər 613 dəfə ölür…

Sevgili qardaşım Əkbər həyatını Türk birliyinə həsr etmiş bir adamdır.

Məsələ bununla da bitmir. Əkbər öz daxili dünyasını aydınlatmaq üçün bütün bu iş-gücün arasında kitablar yazar.

Gündüzlərini mübarizə ilə, gecələrini gələcək nəsillərə ərməğan edəcəyi əsərlərlə doldurar…

Əziz Əkbər, yaxşı ki, varsan!

Nə yaxşı ki, mənim qardaşım oldun!

Bu dolu həyatının 50-ci ili qutlu olsun. Daha neçə sağlam, xoşbəxt, uğurlu illərə və yaşlara..

Səni çox istəyirik!

Coşkun KARABULUT,

Fəthiyyə Ədəbiyyatçılar Qrupu Başkanı
TÜRKİYƏ

Bakü' den selam ve sevgiler - Coşkun Karabulut / Kültür Sanat - Gerçek  Fethiye Gazetesi

Əkbər Qosalı –Ttürk dünyasına qapımız

Öncə yazının axırında deyəcəklərimi yadımdan çıxmamış indi vurğulayım.

Biz bu gün Türk dünyasına – qardaş və qohum ölkələrə açılmışıqsa, Azərbaycan, Özbəkistan, Qazaxıstan, Qırğızıstan və Tatarıstanda bir çox şair-yazıçılarla səmimi münasibət qura bilmişiksə, xalqımızın, əcdadlarımızın ruhuna salam göndərmişiksə bu səbəbkar, qapımızı, önümüzü açan Əkbər Qoşalı qardaşımdır. Şübhəsiz onun töhfələrini heç vaxt unutmayacağam.

Demək istədiklərim bununla bitmir. Başqa bir məsələ isə bundan ibarətdir ki, qardaşım Əkbər bizi adlarını çəkdiyim bu qardaş ölkələrdən o qədər gözəl, dəyərli insanlarla tanış etdi ki, özümüzü başqa bir dünyada yenidən doğulmuş kimi hiss etdik. Dəyərli və gözəl dostlar qazandıq. Biz indi öz evimiz kimi, qırx ilin dostları kimi bir-birimizə gəlib-gedirik.

Hə, indi isə başa dönürəm. 2017-ci ilin oktyabr ayında Can azərbaycanda ilk kitabım “HARDAN HARAYA”nın təqdimatı üçün Bakıya gəlmişdim. Əziz bacım, şair-həkim Nazilə Gültacın böyük zəhmətlə hazırladığı və çap etdirdiyi şeir kitabımın tanıtımı və imza günləri üçün Bakı, Sumqayıt, Şəki kimi mərkəzlərə birlikdə getdik. Əkbər kitabımın oxuculara çatması, həm də mediada təbliğatı üçün çox çalışdı və böyük töhfələr verdi. Yeri gəlmişkən o zaman da Şəkidən deputat olan Cavanşir Feyziyevin dəstəyini də unutmaq olmaz.

Həmin tarixdən sonra daha iki dəfə Azərbaycana getdik və dostlarımız daha da artmağa başladı. Mən də dədə-baba yurduma, vətənimə qovuşmağın xoşbəxtliyini yaşadım. Əcdadlarım illər öncə Şəkidən köç etdiyi üçün anamın soyadı hələ də Kudret Sidret ŞƏKİ idi. Anam vəsiyyət etmişdi ki, dədə-baba yurdundan torpaq gətirib məzarı üstünə səpim. Elə də etdim... Anam indi rahat yatır. Allah rəhmət etsin!

Bu fürsəti mənə verdiyi üçün Əkbər Qoşalıya, əziz bacım Nazilə Gültaca və əlbəttə, Millət vəkili Cavanşir Feyziyevə minnətdarlığımı necə ifadə edəcəyimi bilmirəm.

Sonralarsa, Özbəkistana səfərimiz zamanı qardaşım Əkbər Qoşalının tanış etdiyi Xasiyyət Rüstəm kimi gözəl bir yazar dostumuzun yurduna böyük həyəcanla getdik.

Əkbər Qoşalı, Türk Dünyası Ədəbiyyat səfərimiz açdığın yollarla gedir və sürətlənməkdə davam edir.

Yeri gəlmişkən, sizin ədəbiyyat aləmindəki yaradıcılığınızı heyranlıqla izləyir, qürur duyur və fəxr edirik! Arzu edirik ki, uğurlarınız davamlı olsun!
Nə yaxşı ki, varsan dəyərli Əkbər Qoşalı!

Hikmət ƏRƏN,

“EkoAvrasya”nın qurucu-başqanı,
Ankara- TÜRKİYƏ

Ekoavrasya başkanı hikmet eren, ''keşiflerimiz gurur ve mutluluk  kaynağımızdır'' - Erzurum Haberleri

Türk dünyasında bir Əkbər Qoşalı var

Mənim sevimli dostum, şair qardaşım Əkbər Qoşalının ismi olan yerdə türklük, vətən ruhu hakim olur. Əkbəri gəncliyindən tanıyıram. Onun nə qədər səmimi, dürüst şəxsiyyət olduğunu yaxşı bilirəm. Bizim ortaq çalışmalarımız çox olub. Bir insanı yaxından tanımaq üçün yola çıxmaq yetərlidir ki, həmin insanı yaxından tanıyasan. Əkbər yol insanıdır. Əkbərin belə olması təbiidir. Əkbər elə bir yerdə dünyaya göz açıb ki, orada dürüstlüyə, mərdliyə xüsusi önəm verilir. O, Azərbaycanın sazlı, sözlü yeri olan Tovuzda dünyaya göz açıb. Tovuz həmişə mərd insanlar yetişdirib. Onlar Azərbaycan dövlətçiliyinə və Türk dünyasına bağlı şəxsiyyətlər olublar. Əkbər Qoşalıda həmin şəxsiyyətlərin sırasında gedir.

...Onun bədii yaradıcılığında Qarabağ mövzusu xüsusi önəm daşıyır. Qarabağın işğal altında qalması Əkbəri çox rahatsız edirdi. Şair “Qarabağ” şeirində yazırdı:

“Qarabağ!

Sən mənim alın yazım,

Mən bir qara qələmlə ağ kağıza nə yazım?

...Sabah Tanrı deməzmi:

Ya İnsan!

Mən səni belə ha yaratmamışdım”...

Şükürlər olsun ki, Azərbaycanın Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ordusu Qarabağı azad etdi.

Əkbərin yaradıcılığında Türk dünyasına xidmət xüsusi xətt təşkil edir. O, Türk dünyasında böyük ədəbi, mədəni tədbirlərin təşkilatçılarındandır. Böyük tədbirlər, konfranslar keçirməklə, Türk birliyinə öz töhfələrini verib. Fəxri başqanı olduğu Dünya Gənc Türk Yazarlar Birliyinin uğurlu layihələri Türk dünyasında yaddaşlarda dərin iz buraxıb.

Əkbər qardaşım gəncliyindən Türk birliyinə xidmət edir. Onu Türk dünyasız təsəvvür etmək mümkün deyil. Ömrünün çox hissəsi bu amala, ideyaya xidmətdə keçib. Əkbəri Türk dünyasında çox sevirlər və dəyər verirlər. Bunun canlı şahidi olmuşam. Türk dünyasının görkəmli insanları onun fikirlərinə xüsusi önəm verirlər. Bu diqqəti o, öz zəhməti ilə qazanıb. Çünki Türk birliyinə içdən bağlıdır. Belə olmasa idi, ona bu qədər dəyər verməzdilər.
Əziz dostum Əkbərin bu il 50 yaşı tamam olur. Ona həyatda cansağlığı diləyirəm. Əkbər hələ bundan sonra da canından çox sevdiyi Türk dünyasına xidmət edəcək.

Səlcuq DÜZGÜN

TÜRKİYAD İB başqanının müavini

Dünya TURKİYAD Dərnəyi başqan vəkili Səlcuq Düzgün

Yaxşı ki, səni tanımışam

Onu Azərbaycanda tanıdım.

Qıyıq gözləri ilə Türküstanı, təbəssümlü üzü ilə mədəniyyətimizi, soylu qələmi ilə ədəbiyyatımızı təmsil edirdi.

Türk dünyasına sevgisi onu daha çox çalışmağa, daha çox əsərlər yaratmağa məcbur edirdi.

Hər gözəl işində yeni bir mütəfəkkirin yarandığını mənə hiss etdirirdi.

Tez-tez birlikdə olar və “Türk dünyasına necə xidmət edə bilərik?” deyə düşünürdük.

Düşüncədə qalmayıb, əmələ də keçirirdik.

Birlikdə bir çox layihəyə imza atdıq, qalıcı əsərlər yaratdıq.

Amma Əkbər qardaşımın ən çox diqqətimi cəlb edən özəlliyi bütün işlərə gəncləri daxil etməsi, onları Türk dünyası ilə, Türk ədəbiyyatı ilə, Türk tarixi ilə üzləşdirməsi, özləşdirməsi idi.

Yəni gələcək nəsli yetişdirməyə çox önəm verirdi.

Hələ də elədir...

Onun 50 yaşını qeyd etməsinə baxmayın, içindəki ruhu hələ də 18 yaşındakı kimi həyəcanlıdır.
Yaxşı ki, Azərbaycana yolum düşüb.

Yaxşı ki, bu səfərdə səni tanımışam, dəyərli qardaşım.

Mövlana necə deyirdi; “Eyni dili danışanlar deyil, eyni hissi paylaşanlar bir-birini anlayar”. Səninlə həm eyni dili danışmaq, həm də dünyaya eyni pəncərədən baxmaq mənim üçün böyük qürurdur.

Salam və sevgilərimi göndərirəm!

Seyran SÜLEYMAN

“Yeni dünya” qəzetinin baş redaktoru,

Kırım-Tatar Yazıçılar Birliyi İdarə heyətinin üzvü

(Kırım, Ağməscid şəhəri)

Bu dildə telekanal, radio, mətbuat, məktəblər mütləq olmalıdır - Seyran  Süleyman | Reaksiya

Türk xalqları arasında mədəni və ədəbi körpülərdən quranlardan biri

Böyük İsmayıl Qaspiralı “Millətə xidmət etmək istəyirsənsə, əlindən gələn işlə başla” deyirdi. Can dostumuz, istedadlı ədib, dəyərli fikir və qələm yoldaşımız Əkbər Qoşalı da əlindən gələni edərək ildən-ilə millətinə var gücü ilə xidmət etməkdədir.

Şair və yazıçı Əkbər Qoşalı ilə iyirmi il öncə Kırımda Poeziya Gecəsində tanış olmuşuq. Həmin vaxtdan sonra onun bəzi şeirlərini kırımtatarcasına uyğunlaşdırıb Kırımda çıxan “Ümid karvanı” dərgisində çap etdirirdim. Həmçinin mənim də bir sıra şeirlərim Bakıda yayınlanıb.

Əkbər Qoşalı Azərbaycan və bütün Türk dünyası üçün bir çox önəmli layihələri ardıcıl olaraq həyata keçirib. Onlardan biri də “Gəldik, gördük, yazdıq” layihəsi idi. Onun təşəbbüsü ilə 2012-ci ildə Türk dünyasının tanınmış şair və jurnalistləri Azərbaycana səfər edərək qardaş xalqın tarixi və çağdaş sosial-mədəni durumu ilə tanış oldu. O zaman, özəliklə, Qarabağ məsələsi əsas mövzuya çevrilmişdi və ona heç kəs laqeyd qalmadı. Onda “Azərbaycanın dərdi bizim dərdimizdir” deyirdik, indi isə “Azərbaycanım zəfəri bizim zəfərimiz oldu”! Həmin vaxt “Gəldik, gördük, yazdıq” layihəsi çərçivəsində ayrıca bir kitab da nəşr olundu.

Əkbər Qoşalı ilə təkcə Kırımda ya da Azərbaycanda deyil, Qırğızıstanda da Ədəbiyyat festivalında görüşmüşük. Harada olmasından asılı olmayaraq, o, özü bir, sözü bir olduğunu əməlləri ilə də göstərir. Hal-hazırda Əkbər Qoşalı Türk dünyasında, özəlliklə, yazıçılar arasında böyük bir çevrədə tanınan bir qələm sahibidir. O, türk xalqları arasında mədəni və ədəbi körpülərdən biridir desəm, mübaliğə etmiş olmaram. 

Azərbaycanda öz ölkəsini, öz millətini, öz dilini və öz ədəbiyyatını bu qədər çox sevən, öz yurduna bu qədər çox sadiq olan Əkbərlər varsa, deməli, Azərbaycanın da istiqbalı, böyük gələcəyi var. Əkbər Qoşalıya bitib-tükənməyən uğurlar, sağlıq və yaradıcılıq yenilikləri diləyirəm! Türk dünyası tez zamanda daha da qüdrətlənsin, qardaşlar birləşsin!

Marina Karyagina,

Şair, dramaturq, kinorejissor,
Çuvaş Respublikasının Əməkdar incəsənət xadimi

BeFunky-collage.jpg (820 KB)

Azərbaycandan olan qardaş, dost, yazıçı və jurnalist, vətənpərvər Əkbər Qoşalını əlli illik yubileyi münasibətilə ürəkdən təbrik edirəm! Doğma torpağının inkişafı, şöhrəti naminə nə qədər xeyirxah işlər görüb-sadalamaq mənə düşmür, hamınız bunu yaxşı bilirsiniz. Qoşalıya möhkəm can sağlığı və missiyasını bundan sonra da layiqincə yerinə yetirməsi üçün mətanət arzulayıram!

Əkber Qoşalı ilə 2011-ci ildə Türkiyənin Yalova şəhərində tanış olmuşam. YAFEM Türk dünyasının mədəniyyət festivalı çərçivəsində jurnalist və şairlərin simpoziumu keçirilirdi. Dərhal anladım: qarşımdakı xalqının əsl oğludur. Daha sonra, 2013-cü ilin yayında Əkbər Qoşalının başqanlıq etdiyi Dünya Gənc Türk Yazarlar Birliyi məni Bakıda keçirilən simpoziumlarına dəvət etdi. Qohum xalqın aydınının dəvətini məmnuniyyətlə qəbul etdim. Yazıçılar Birliyində, qəzet redaksiyalarında, telestudiyada unudulmaz görüşlər, səhnədə qaynar çıxışlar, çay süfrəsi arxasında həmkarlarla isti söhbətlər, milli musiqi alətlərində insana toxunan xalq mahnıları ilə gözəl axşamlar, Azərbaycanın tanınmış şəxsiyyətlərinin zəngin qəbulları, dənizin sahilində gəzintilər yadımdadır... Doğma xalqı uğrunda canından keçmiş qəhrəmanların ruhu qarşısında baş əyməsindən ən dərin təəssüratlar qaldı. Fədakar, mətanətli oğulların əməllərindən bəhs edən hadisələr göz yaşlarına səbəb oldu... Azərbaycan xalqı öz oğullarının xatirəsini müqəddəs saxlayır, onların layiqli nümunəsi nəsildən nəslə ötürülür. Üçüncü görüşümüz də 2019-cu ildə şanlı Bakı şəhərində, LIFFT Dünya Ədəbiyyat Festivalında oldu. Gözlənilməz görüşün sevincinə qapılan biz artıq ən yaxın, ayrılmaz dostlar - iki türk xalqının oğlu və qızı kimi qucaqlaşdıq.

Bütün böyük qonaqpərvər Azərbaycan xalqına ürəkdən Çuvaş salamını çatdırıram!

Musavat.com


Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR