İnsanlara hürriyət, millətlərə istiqlal!

"Əhməd Obalıya olan terroru şiddətlə qınayırıq" - MDŞ -nin reaksiyası

563 22.05.2023 09:21 Gündəm A A

Güney Azərbaycan hərəkatının liderlərindən biri, GünAzTv-nin rəhbəri Əhməd Obalının ABŞ-da vəhşicə bir sui - qəsdə məruz qalması hər bir azərbaycanlıda hiddət doğurub. Güney Azərbaycana aid qurum və quruluşlar da bu vahim hadisəni pisləməkdə, Əhməd Obalıya dəstəklərini ifadə etməkdədirlər.

Musavat.com -a daxil olan bu dəstək mesajlarından birini dərc edirik:

"GünAzTv - nin rəhbəri, GAMAC idarə heyətinin üzvü və beynəlxalq əlaqələr sorumlusu, Milli Dövlətçilik Şurasının üzvü Əhməd Obalı ve oğlu Dəniz Obalı terror saldırısına məruz qalıb, ağır fiziki xəsarət alıb.

Heç şuphəsiz ki, bu terror saldırısı Əhməd Obalının milli mubarizəsinə mane olmaq amacıyla düzənlənib. Ancaq bu terror aktını törədənlərin çirkin niyyətlərinə nail ola bilməyəcəklərinə və Ə. Obalının ən qısa zamanda milli qurtuluş savaşının sıralarına dönəcəyinə inancımız tamdır.

Milli Dövllətçilik Şurası bu terror aktını şiddətle qınayır, hörmətli Əhməd bəy Obalı və övladına şəfalar diləyir və yüksək inamla bəyan edir ki, heç bir güc, basqı, terror, zindan, işgəncə və sair bizim dövlətiçlik davamıza mane ola bilmeyecekdir. Tam tərsinə, milli dövlətçilik hədəfimizə doğru daha möhkəm və sarsılmaz iradə ilə, daha güclü , tək ürək, tək yumruq olaraq qurtuluş savaşına devam etməmizə zəmin yaradacaqdır.

Milli Dövlətçilik Şurası
21 May 2023"

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR