İnsanlara hürriyət, millətlərə istiqlal!

Əfsanəvi kapitan “Çelsi”yə qayıtdı

516 08.07.2023 19:28 İdman A A

“Çelsi”nin və İngiltərə millisinin sabiq kapitanı və müdafiəçisi Con Terri London komandasına qayıdıb.

Axar.az xəbər verir ki, bu barədə onun sosial şəbəkə hesablarında məlumat verilib.

Sabiq futbolçu “təqaüdçülər” akademiyasında vəzifə tutacaq. 42 yaşlı Terri 1998-2017-ci illərdə “mavilər”də çıxış edib.

Terri Premyer Liqanın beşqat çempionu, ölkə kubokunun beşqat qalibi, Liqa Kubokunun üçqat qalibidir. O, həmçinin Çempionlar Liqasının (2012) və Avropa Liqasının (2013) qalibi olub.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR