İnsanlara hürriyət, millətlərə istiqlal!

“Düşmənləri bu dilemma qarşısında qoymalıyıq”-partiya sədri

396 01.06.2023 16:45 Siyasət A A

“Vasitəçilər” məsələnin həllinə deyil, özlərinə uyğun format yaratmağa, təşəbbüsü ələ keçirməyə və ya əldə saxlamağa çalışırlar. Bu mənada Kişinyov görüşünün də fərqlənəcəyi inandırıcı deyil. Fransa Almaniya ilə birlikdə avrosentrizm mövqeyindən çıxış edərək, prosesləri nəzarətə götürməyə cəhd göstərir”.

Azad Vətən Partiyasının sədri Akif Nağı bunu Musavat.com-a açıqlamasında söyləyib. Bildirib ki, Kişinyovda bu yöndə ilk ciddi addımın atılması nəzərdə tutulur: “Onlar Şarl Mişelin yaratdığı bazadan yararlanmağa çalışırlar. Bu şəraitdə ermənələrin son hərəkətlərində məntiq yoxdur”.

A.Nağı qeyd edib ki, Azərbaycana güc nümayş etdirənlərin cəhdləri kənardan çox gülməli görünür: “Özləri də bilirlər ki, Azərbaycanla güc dilində danışmaq mümkün deyil. Deməli, məqsəd münasibətləri gərginləşdirib, prosesləri dayandırıb vaxt qazanmaqdır. Belə görünür ki, danışıqlar dalana dirənib”.

Partiya sədri hesab edir ki, bu məqamda çıxış yolu Türkiyənin proseslərə qoşulmasıdır: “Bunu biz şərt olaraq irəli sürməliyik. Fransa danışıqlarda iştirak edirsə, Türkiyə də orada olmalıdır. Türkiyə yoxdursa, Fransa da olmamalıdır. Düşmənləri bu dilemma qarşısında qoymalıyıq”.

ELŞAD,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR