İnsanlara hürriyət, millətlərə istiqlal!

Dünyanın ilk mahnısı - 3500 il əvvəl yazılmış notlar

721 07.02.2024 14:01 Dünya A A

Musiqinin kökü təxminən 3400 il əvvələ gedib çıxır. Bu maraqlı məlumat Suriyanın Uqarit şəhərində tapılan qədim əlyazmadan gəlir. ABŞ-ın Berkli şəhərindəki Lui Antropologiya Muzeyində çalışan professor Enn Drafkorn Kilmer 1950-ci illərin əvvəllərində fransız arxeoloqu tərəfindən Suriyada qazıntılar zamanı tapılan gil lövhənin deşifrə edilməsinə 15 ilini sərf edib.

Mahnının mətnindəki hecaların sayı musiqi partiturasında göstərilən notların sayına uyğunlaşdırılmaqla məsələ uğurla çözülüb.

Kəşf musiqi və Qərb mədəniyyətinin kökləri məsələlərinin həllində mühüm dönüş nöqtəsi yaradıb.

Kilmerin araşdırması sayəsində notlarla təkcə melodiya yox, həm də harmoniya deşifrə edildi. Hecaların sayı ilə notların sayının təsadüfən tam üst-üstə düşməsi çox maraqlıydı. Araşdırmanın nəticəsi musiqi və Qərb mədəniyyətinin mənşəyi ilə bağlı yeni cığır açdı.

Dünyanın ən qədim mahnısının melodiyası:

 

 

Təxminlərə görə, haqqında bəhs olunan mahnı dünyanın ən qədim aləti olan fleytada ifa olunub. Bu, çox maraqlıdır və musiqinin məlum olan tarixini şübhə altına alır, çünki fleytanın kökü 67 min il əvvələ gedib çıxır. Qədim zamanlarda və müxtəlif antik sivilizasiyalarda fleyta heyvanları çağırmaq, xəbərdarlıq və bir çox müxtəlif məqsədlər üçün istifadə edilib.//Teleqraf.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR