İnsanlara hürriyət, millətlərə istiqlal!

Dünyanın ən bahalı futbol klubu brendləri açıqlandı

869 17.07.2024 17:56 İdman A A

İspaniyanın "Real Madrid" klubu futbol dünyasının ən dəyərli brendləri reytinqində birinci yerə qayıdıb.

Musavat.com xəbər verir ki, bu, "Brand Finance" konsaltinq şirkətinin hesabatında əksini tapıb.

Hesabata əsasən, son bir ildə Madrid klubunun brend dəyəri 16 faiz artaraq 1,7 milyard avroya çatıb.

Ötən ilin lideri İngiltərənin "Mançester Siti"si reytinqdə ikinci yeri tutub. Bu brendin dəyəri 7 faiz artaraq 1,6 milyard avroya çatıb. "Mançester Siti" növbəti dəfə İngiltərə Premyer Liqasının qalibi olub.

Çempionlar Liqasının 1/4 finalında "Mançester Siti"ni məğlub edən "Real" finalda "Borussiya Dortmund"a qalib gələrək Avropanın premyer klub turnirinin qalibi olub. Madrid klubu da İspaniya çempionu olub.

Dünyanın üçüncü ən dəyərli futbol markası 1,5 milyard avro ilə "Barselona"dır.

Reytinqin ilk 10-luğunda daha bir dəyişiklik olub – "Paris Sent-Jermen" "Bavariya"dan geri qalaraq reytinqdə yeddinci yerə düşüb.

"Brand Finance" ekspertləri qeyd edirlər ki, Messi, Neymar və Mbappe kimi super ulduzların PSJ-dən getməsi klubun simvolları olan müxtəlif məhsulların satışına mənfi təsir göstərə, sponsorluq müqavilələrinin dəyərinin aşağı düşməsinə və bütün dünyada azarkeşlər arasında populyarlığın azalmasına səbəb ola bilər.

İlk onluqda qalan yerləri London klubları tutub: "Arsenal" səkkizinci, "Tottenhem" doqquzuncu, "Çelsi" onuncu olub.

İlk 50-likdə brend dəyərində ən sürətli artım tarixində ilk dəfə Almaniya çempionluğunu qazanan "Bayer"də qeydə alınıb. Leverkuzen komandasının brend dəyəri 72 faiz artaraq 333,6 milyon avroya çatıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR