İnsanlara hürriyət, millətlərə istiqlal!

Dünya xərçəngin müalicəsini kəşf etmək ərəfəsindədir

916 12.07.2023 19:36 Son xəbər A A

Massaçusets Texnologiya İnstitutunun (MIT) alimlərinin xərçəngə qarşı hazırladığı yeni peyvənd sınaqdan keçirilən heyvanların 80 faizində şişi məhv edib.

Musavat.com  oxu.az-a istinadən bildirir ki, yeni dərman T-hüceyrələrinin immun reaksiyasını gücləndirir, həmçinin onların lazımi müalicəvi xüsusiyyətlərlə istehsal prosesinə başlayır.

Müalicə qlioblastoma və melanoma olan gəmiricilərin böyük əksəriyyətində xərçəngin yox olmasına gətirib çıxarıb. İndiyədək bərk şişlərdə immunoterapiyanın belə effektinə nail olmaq mümkün deyildi.
Hazırda alimlər müxtəlif növ şişlərin müalicəsini öyrənməyə və adaptasiya etməyə davam edir. Daha sonra terapiya insanlarda təhlükəsizlik və effektivlik baxımından qiymətləndiriləcək.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR