İnsanlara hürriyət, millətlərə istiqlal!

Dünya Soros və fonduna qarşı - qoca milyarderə ittihamlar

536 18.05.2023 12:52 Gündəm A A

İlon Mask və Gürcüstan iqtidarı qanlı inqilabların sponsoruna ağır iddialar səsləndirib; Soros dövrü bitir, yeni proje gəlir?

Bir neçə gün öncə Corc Sorosun ölüm xəbəri yayıldı. Bir gün sonra isə özü tərəfindən təkzib edildi. Belə bir xəbərin dövriyyəyə buraxılması daha sonrakı açıqlamalar, ona yönəlik ittihamların meydana gəlməsi fonunda təsadüfə bənzəmir. Belə ki, Sorosun təkzibindən sonra “SpaceX” və “Tesla”nın CEO-su İlon Mask çox maraqlı bir paylaşım edib. Sitat: “Sorosun niyyəti yaxşı deyil, o, bəşəriyyətə nifrət edir”.

“Mask bu gün "Soros mənə Maqnetonu (“X-Men” qrupunu məhv etməyə çalışan pis niyyətli Marvel qəhrəmanı) xatırladır", - deyə paylaşım edib. Paylaşımın rəy bölməsində Sorosun müdafiəsinə qalxanlara cavabında Mask Sorosun sivilizasiyanı məhv etməyə çalışdığını vurğulayıb. “Siz elə güman edirsiniz ki, onlar yaxşı niyyətlidirlər, lakin deyillər. O, sivilizasiyanın erroziyasını istəyir. Soros bəşəriyyətə nifrət edir”, - Mask qeyd edib. Sorosa növbəti ittiham isə Gürcüstandan gəlib. O Gürcüstandan ki, Soros hələ 2004-cü ildə orada inqilab edib...

“Gürcüstana Avropa İttifaqı (Aİ) namizədi statusunun verilməməsində "Soros" Fondu birbaşa iştirak edib”. Bunu Gürcüstanın hakim Gürcü Arzusu Partiyasının sədri İrakli Kobaxidze deyib. O qeyd edib ki, "Soros" Fondu namizəd statusu ilə bağlı lap əvvəldən Gürcüstana qarşı kampaniya aparıb. O əlavə edib ki, Avropa Komissiyası və Avropa Şurasının qərarından əvvəl "Soros" Fondu Gürcüstanın namizəd statusuna layiq olmaması ilə bağlı nəticələrini paylaşıb. Kobaxidze Gürcüstan müxalifətinin "Soros" Fondu ilə birbaşa əlaqələrinin olduğunu qeyd edib. Əslində Soros heç zaman müsbət xarakterizə olunmayıb və daim qanlı olayları demokratiya adı altında körükləməkdə, maliyyələşdirməkdə, təşkil etməkdə suçlanıb. Ancaq heç şübhəsiz ki, Soros bunu bir milyarder şəxs olaraq həyata keçirmir. O, Qərbin bir layihəsi kimi təqdim olunur. İndi ona qarşı iddiaların ortaya çıxması o anlama gəlirmi ki, Soros və onun fondu arxiv olur, Qərb başqa bir şəxsin üzərindən oxşar layihəyə başlayır? Yeni şəxs İlon Mask özü ola bilərmi?  “Forbes” dərgisinin məlumatlarına görə,  8,6 milyard xalis sərvətə malik Soros qlobal səviyyədə siyasi proseslərə təsir imkanları əldə etmək üçün bu illər ərzində Açıq Cəmiyyət Fonduna  nə az, nə çox  32 milyard dollar vəsait xərcləyib. Dünya tarixində siyasi infrastrukturların formalaşması üçün bu qədər maliyyə xərcləyən ikinci bir şəxs yoxdur. Bulanıq sulara qarmaq atmağı,  xaosun hökm sürdüyü yerlərdə peyda olmağı adət etmiş Soros ilk milyardını 1992-ci ildə Böyük Britaniyanın milli valyutasının çökməsi ilə əldə edib. Həmin il İngiltərədə bank böhranı dərinləşəndə Britaniya valyutasını kütləvi şəkildə alan Soros sonra onu anında sataraq  bir gün ərzində 1 milyard dollar qazanıb. Ancaq bununla Britaniya milli valyutasının qiymətini kəskin ucuzlaşdırıb və funt sterlinq dəyər itirib.

Natiq Cəfərli: “Jurnalist ordan-burdan pul alırsa, özünü reket kimi  aparırsa...” Pravda.az

 Natiq Cəfərli

İqtisadi mövzular üzrə ekspert Natiq Cəfərlinin “Yeni Müsavat”a bildirdiyinə görə, Sorosla bağlı təsəvvürlərdə reallıqlar da var, mifik rəylər də mövcuddur. Onun fikrincə, ola bilməz ki, dünyada bu qədər prosesləri yalnız bir şəxs təkbaşına həyata keçirə bilsin. N.Cəfərli hesab edir ki, dünya siyasətində olan dəyişikliklərdə Sorosun xüsusi xidmət orqanları, dövlət qurumları ilə əlaqələri olmamış deyildi. “Soros yəhudi əsilli olsa da, kapitalı ikinci dünya müharibəsindən qazanıb. Eləcə də birja əməliyyatlarından, böyük şirkətlərin müflis olmasından, onların səhmlərini əldə edib sonra baha satmaqdan qazanc götürüb. Yəni tək vətəndaş cəmiyyəti ilə bağlı deyil, bu fond biznes sahəsində də ciddi işlər görüb. Sadəcə, bu siyasi addımları "Soros" Fondu öz gücünə görə bilməz”, - deyə N.Cəfərli vurğuladı.

Onun sözlərinə görə, hələ 90-cı illərdən bu iddialar var - Balkan ölkələri, Macarıstan, ardınca postsovet məkanında dəyişikliklər haqda fond barəsində iddialar səslənib: “Yəni "Sorosun dəstəyi ilə rəngli inqilablar olub" deyəndə bunun müəyyən əsası var. Amma o demək deyil ki, Sorosun şəxsiyyətindən qaynaqlanır. O, böyük qrupun təmsilçilərindən biri kimi çıxış edib. Sorosun messenatlığı təmsil etdiyi qrupun icraçılığı idi. Son vaxtlar isə proyektləri pandemiya, iqlim dəyişikliyi, ekoloji məsələlər barədə idi. Amma bunun altında ciddi əməliyyatların olması da mümkündür. İlon Maska gəlincə, bu adam daha çox biznesmendir, onun sivil topluma qrantlar ayrılmasında önə çıxması inandırıcı deyil. Məncə, Bil Qeyts daha çox göstərilə bilər. Bütün hallarda Soros dönəmi bitəcək, davamçıları olacaq, sadəcə, dünya siyasətində güclü fiqur kimi dönəmi başa çatacaq".

Emil SALAMOĞLU
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR