İnsanlara hürriyət, millətlərə istiqlal!

Dünya Bankı: “Rusiyanın ixracı 31% azalacaq”

414 25.04.2022 10:08 İqtisadiyyat A A

Rusiyanın ixracının bu il 30.9%, gələn il 1.2% azalacağı proqnozlaşdırılır. Eyni zamanda, ölkənin idxalının bu il 35.2% azalacağı, 2023-cü ildə isə 4.1% artacağı gözlənilir.

“Margin.az” xəbər verir ki, bu barədə Dünya Bankının “War in the region” hesabatında qeyd olunub.

Rusiyanın kənd təsarrüfatının 2022-2023-cü illərdə 1% artacağı proqnoz edilir. Cari ildə ölkədə sənayə istehsalının 8.8% azalacağı, gələn il isə 0.5% artacağı ehtimal edilir.

Hesabata görə, bu il Rusiyanın xarici dövlət borcunun ÜDM-ə nisbəti 19.8%, 2023-cü ildə borcun ÜDM-ə nisbəti artaraq 20.3% təşkil edəcək.

Dünya Bankının proqnozlarına görə, bu il ölkəyə yatırılan xarici investisiyaların ÜDM-ə nisbəti -7.5%, gələn il -3.5% olacaq.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR