İnsanlara hürriyət, millətlərə istiqlal!

"Dünənki işinə görə sağ ol, bugünkünə cavab ver" məsələsi

820 08.05.2024 15:44 Dünya A A

Vəkillər məhkəməyə Timur İvanovun mükafatları olan dörd bağlama gətiriblər - xeyri olacaqmı?

Müdafiə tərəfi Moskva Şəhər Məhkəməsinə Rusiya Federasiyası Müdafiə Nazirinin müavini Timur İvanovun mükafatları olan dörd bağlama gətirib.

Musavat.com xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.

Agentliyin məlumatına görə, üzərində “Rusiya ordusu” yazısı olan bağlamalar iki nəfər tərəfindən aparılıb.

Qeyd edək ki, mayın 8-də Moskva Şəhər Məhkəməsi İvanovun həbsi ilə bağlı şikayətlərə baxır. İşin bu mərhələsində təqsirləndirilən şəxsin nümayəndələri şəxsi səciyyələndirən məlumatları təqdim etməlidirlər. Bunlar sertifikatlar, mükafatlar, hər cür xüsusiyyətlər və s. ola bilər.

Xatırladaq ki, müdafiə nazirinin müavini Timur İvanov aprelin 24-də rüşvət almaqda şübhəli bilinərək saxlanılıb. Bundan əvvəl Rusiya prezidenti Vladimir Putin və müdafiə naziri Sergey Şoyqu yüksək rütbəli məmura qarşı aparılan istintaq hərəkətləri barədə məlumatlandırılıb.

İlk məhkəmə iclaslarında Timur İvanov günahını etiraf etməyib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR