İnsanlara hürriyət, millətlərə istiqlal!

Dünənki iclas separatizmə yer olmadığını göstərdi - ŞƏRH

453 22.09.2023 16:55 Siyasət A A

“İkili standartlar davam edir. Biz bundan narahat olmamalıyıq. Biz məsələləri həll edirik. Heç kim bizə mane olmur, əlimizdən də tutmur ki, bu işi görməyək. Bizə sanksiyalar da tətbiq edəsi deyillər”.

Bu fikirləri Musavat.com-a politoloq Elxan Şahinoğlu bildirib.

elxan.jpg (68 KB)

Politoloq deyib ki, BMT Təhlükəsizlik Şurasının iclasında sıravi müzakirələr keçirildi:

“Çünki Azərbaycana ehtiyacları var. Həm Avropanın, həm ABŞ-ın enerji sahəsində əməkdaşlığa ehtiyacı var. Rusiya-Ukrayna müharibəsi fonunda biz Avropaya qaz nəql edirik. Amerikanın özü üçün də bu vacibdir. Təhlükəsizlik sahəsində İran amili var. Ona görə bizə qarşı müəyyən fikirlər səsləndirilsə də, sonda yenə də bizimlə əməkdaşlıq edəcəklər. Bu məsələlərlə biz Qarabağda da nizam-intizam yaradacağıq. Bizə qarşı dedikləri sözlər də artıq tarixdə qalıb. Özləri bizimlə əməkdaşlığa can atacaqlar”.

zaur.jpg (49 KB)

Politoloq Zaur Məmmədov isə bildirib ki, BMT-nin dünənki iclasında ABŞ nümayəndəsinin çıxışı yəqin ki, erməni diasporunun ümidlərinin puç olması ilə nəticələndi: “Ən maraqlısı bəzi nümayəndələrin “Ermənistanda demokratiyanı qorumaq zəruridir” tezisi idi. Sual olunur, Azərbaycanın öz ərazisində antiterror addımları ilə Ermənistandakı demokratiya arasında hansı bağlar var? Cavab məlumdur. Borrell və Berbok Qafqazda baş verən hadisələrə rəqibləri ilə münaqişə prizmasından yanaşırlar. Ancaq əsas odur ki, dünən toplaşanlar, həmçinin, Fransa münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməsi ifadəsindən istifadə etdilər. Beləliklə, “Qarabağa status verilməsi” ifadəsi tarixə qovuşdu. Dünənki iclas separatizmə yer olmadığını göstərərək, Azərbaycanın lehinə başa çatdı. Çünki iclasa qədər Azərbaycan artıq əsas məsələni həll etmişdi və rəsmi Bakının güclənən mövqeyi fonunda hər kəs reallığı qəbul etməli idi”.

Qeyd edək ki, sentyabrın 22-də BMT Təhlükəsizlik Şurasının Fransanın təşəbbüsü ilə Qarabağa həsr olunmuş iclası keçirilib. Toplantıda iştirak edən ölkə təmsilçiləri deklorativ çıxışlarla kifayətləniblər. Xarici işlər naziri Ceyhun Bayramov Azərbaycanın haqlı mövqeyini fakt və sübutlarla iclas iştirakçılarının diqqətinə çatdırıb. Toplantı Ermənistanın və havadarlarının gözləntilərinin əksinə olaraq heç bir sənəd qəbul olunmadan başa çatıb.

Afaq Mirayiq,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR