İnsanlara hürriyət, millətlərə istiqlal!

Dünən...”yedi”, bu gün...”içdi” - Şahramanyan teatrında ikinci pərdə

2342 10.09.2023 16:16 Siyasət A A

Sentyabrın 10-da Xankəndidəki qondarma rejim Azərbaycanın ərazi bütövlüyünə qarşı daha bir həyasız addım atıb. Bu dəfə “yeni seçilmiş prezident” Samvel Şahramanyan üçün “andiçmə mərasimi” keçirilib. Erməni mediası yazır ki, qondarma “milli assambleyasının növbədənkənar sessiyasında Şahramanyan and içib və səlahiyyətlərinin icrasına başlayıb”.

“Andiçmə mərasimi”ndə qondarma rejimin 30 “deputatı”, “hökumət nümayəndələri” və separatçı rejimin üç keçmiş “prezidenti” - Arkadi Qukasyan, Bako Saakyan və Araik Harutyunyan iştirak ediblər.

Şamvel Şahramanyan İncilə “and içib”, sonra məramı bəlli olmayan “din xadimi” Minas Movsisyan ona “xeyir-dua verib”. “Parlamentin vitse-spikeri” vəzifəsini icra edən Qaqik Baqunts Samvel Şahramanyanı təbrik edib.

Araik Arutyunyan Şahramanyana “qeyd-şərtsiz dəstəyini ifadə edib və çətin günlərdə bu işin məsuliyyətini üzərinə götürdüyü üçün “ minnətdarlıq edib. Ermənistanın ikinci prezidenti Robert Köçəryan da Samvel Şahramanyana “təbrik məktubu” göndərib.

andiçmə.jpg (52 KB)

Qondarma seçkiyə beynəlxalq reaksiya isə Xankəndidə ciddi məyusluq yaradıb. Türkiyə XİN, Moldova XİN, Ukrayna XİN, Pakistan XİN, İslam Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təşkilatı, Avropa Xarici Fəaliyyət Xidməti, Böyük Britaniyanın Azərbaycandakı səfiri Qarabağ bölgəsində keçirilən qanunsuz “seçkiləri” pisləyib.

“Beynəlxalq təşkilatların bəyanatları bizim hüquqlarımızı, seçki prosesini və onun nəticələrini, xüsusən də hakimiyyət orqanlarımızla danışıqlarda iştirak etməyə hazır olduqları halda, onların tanınmasını nəzərdə tutur”. Bu barədə qondarma “keçmiş dövlət naziri” Artak Beqlaryan məlumat verib.

Beqlaryana görə, Şahramanyanın seçkisini qeyri-qanuni hesab edənlər aşağıdakıları nəzərə almalıdırlar ki, “erməni xalqının öz “demokratik liderlərini seçmək hüququ var”. Beqlaryan əlavəı edib ki, “keçid dövründə yeni prezidenti parlament vasitəsilə seçmək məcburiyyətindəyik. Beynəlxalq müşahidəçilər olmadan birbaşa milli seçkilərin keçirilməsi siyasi hüquqlarımızın ciddi şəkildə pozulmasıdır. Beynəlxalq təşkilatların bəyanatları bizim hüquqlarımızın, seçki prosesinin və onun nəticələrinin tanınmasını nəzərdə tutur”.

and.jpg (51 KB)

45 yaşlı Şahramanyan 1978-ci iləd Xankəndidə anadan olub. O, qondaram rejimdə “milli təhlükəszilik xidmətinin” direktoru, “təhlükəsizlik şurasının” katibi və “hərbi vətənpərvərlik, gənclər, idman və turizm naziri” olub.

Rəsmi Bakı Qarabağ bölgəsində Ermənistanın işğalı nəticəsində yaradılmış qondarma rejimin “prezident seçkiləri” adı altında apardığı qanunsuz fəaliyyət Azərbaycan Respublikasının Konstitusiyası, qanunları və beynəlxalq hüququn norma və prinsiplərinin kobud şəkildə pozulmasır” hesab edir. “Azərbaycan ərazilərində yaradılmış qondarma separatçı rejim 30 ilə yaxın müddətdə davam etmiş təcavüz və etnik təmizləmə siyasətinin nəticəsidir. Azərbaycanın suveren ərazilərində yaradılmış və Ermənistanın hərbi, siyasi, maliyyə və digər dəstəyi sayəsində mövcudluğunu davam etdirməyə çalışan bu rejim tərəfindən atılan addımların heç bir qanuni qüvvəsi yoxdur.

Qeyd edilən addım Ermənistanın son dövrdə xüsusilə kəskinləşən təxribatçı və təhrikedici fəaliyyətinin daha bir elementi olmaqla, bölgədə normallaşma və etnik erməni sakinlərin Azərbaycan Respublikasının konstitusion çərçivəsinə reinteqrasiya edilməsi səylərinə ciddi zərbədir” deyə, bəyanatda bildirilirdi.

Orxan ƏLİYEV,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR