İnsanlara hürriyət, millətlərə istiqlal!

Dünən dənizdə batanlar belə axtarılır - VİDEO

809 21.06.2023 22:00 Hadisə A A

Ötən gün axşam saatlarında Bakı şəhərinin Xəzər rayonu, Buzovna qəsəbəsi yaxınlığında dənizdə ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 2 km aralı, nəzarətsiz ərazidə 2 nəfərin batması barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə daxil olmuş məlumat əsasında FHN-in dalğıc-xilasediciləri dərhal axtarış-xilasetmə əməliyyatına başlayıb.

Bu barədə FHN-dən Musavat.com-a bildirilib.

Qeyd edilib ki, küləkli hava şəraiti və dənizin dalğalı olmasına baxmayaraq, FHN-in dalğıc-xilasediciləri axtarış işlərini fasiləsiz olaraq davam etdirirlər. Hazırda axtarış işləri Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri tərəfindən həyata keçirilir.

Əməliyyatın gedişatı barədə əlavə məlumat veriləcək.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR