İnsanlara hürriyət, millətlərə istiqlal!

DTX bu klubun futbolçularını sorğu-sual etdi

2914 16.02.2024 14:09 İdman A A

Azərbaycan futbolunda oyun alqı-satqı məsələsi gündəmdən düşmür.

Daha bir klub bu məsələdə şübhəli bilinir. Söhbət "İrəvan"dan gedir. Qərbi Azərbaycan təmsilçisinin 7 üzvü dünən Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən sorğu-sual edilib. Onlar Azərbaycan Kubokunun 1/8 finalında "Araz-Naxçıvan"la (2:8) oyunun nəticəsinə görə dindiriliblər.

Bu məlumatı saytımıza açıqlamasında "İrəvan"ın prezidenti Zahid Niyazəliyev də təsdiqlədi:

"Dünən futbolçular bu məsələ ilə bağlı dindirilib. Oyunçular "Araz-Naxçıvan"la kubok matçına görə sorğu-sual edilib. Məsələ ilə bağlı araşdırma davam edir". (Offsideplus.az)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR