İnsanlara hürriyət, millətlərə istiqlal!

DSX-nin zabiti Bakıda küt alətlə döyüldü

941 09.12.2022 09:33 Kriminal A A

Bakının Nəsimi rayonunda dava olub, bir nəfər ağır xəsarət alıb.

Musavat.com APA-ya istinadən xəbər verir ki, hadisə Azadlıq prospektində qeydə alınıb.

Belə ki, Koala Parkının qarşısında sürücülər bir-birinə yol vermədiklərinə görə mübahisə düşüb. Mübahisə daha sonra davaya çevrilib.

Nəticədə 1988-ci il təvəllüdlü Əbilov Vurğun İdris oğlu küt alətlə döyülüb.

O, xəstəxananın neyrocərrahiyə şöbəsinə yerləşdirilib.

Onun yaxınları APA-nın əməkdaşına bildirib ki, V.Əbilov Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının mayorudur və "Cəsur döyüşçü" medalı ilə təltif edilib.

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR