İnsanlara hürriyət, millətlərə istiqlal!

Dövlət sərhədini pozmağa çalışan iki nəfər saxlanılıb - FOTO

428 11.01.2023 14:53 Kriminal A A

Yanvar ayının 11-də saat 04:50-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin Füzuli rayonunun Böyük Bəhmənli kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində Azərbaycandan İran istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərən 2 (iki) nəfər Azərbaycan vətəndaşı saxlanılıb.

Bu barədə Musavat.com-a Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən məlumat verilib.

Araşdırma zamanı saxlanılan şəxslərin Bərdə rayon sakinləri 2003-cü il təvəllüdlü Cəfərov Elməddin Niyaməddin oğlu və 2005-ci il təvəllüdlü Süleymanov Seyfəl Mürvət oğlu olmaları müəyyən edilib.

İlkin dindirilmə zamanı hər iki şəxs İrandan narkotik vasitə gətirmək məqsədilə dövlət sərhədini pozmaq niyyətində olduqlarını etiraf ediblər.

Fakt üzrə əməliyyat-istintaq tədbiri davam etdirilir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR