İnsanlara hürriyət, millətlərə istiqlal!

Dövlət Komissiyası: "İtkin düşmüş 15 nəfərin taleyinə aydınlıq gətirilib"

720 18.08.2023 16:14 Son xəbər A A

"Bu gün biz atılmış bütün bu addımların nəticəsini artıq görməyə başlamışıq. Artıq 15 nəfər itkin düşmüş şəxsin taleyinə aydınlıq gətirilməsinə nail olunub. Düzdür, bu dörd minə yaxın itkinin olmasına rəğmən kiçik rəqəmdir. Ancaq bu başlanğıcdır. 15 nəfərdən iki nəfəri artıq dəfn edilib. Digərləri isə yaxın zamanlarda ailələrinə təhvil veriləcək".

"Report" xəbər verir ki, bunu Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi Qrupunun rəhbəri İsmayıl Axundov itkin düşmüş şəxslərlə bağlı brifinqdə deyib.

Onun sözlərinə görə, bu şəxslərdən 7 nəfər 1992-ci ildə Şuşa rayonunun Daşaltı kəndində ( Abdullayev Nurəli Hacıbaba oğlu, Qurbanov Nofəl Nəriman oğlu, Rüstəmov Araz Bəgi oğlu, Hüseynov Gülverdi Ağahüseyn oğlu, Abbasov Məhərrəm Abbas oğlu, Niftəliyev Adil Kamal oğlu, Mikayılov Baba Balakişi oğlu), 4 nəfər 1993-cü ildə Kəlbəcər rayonunda, 4 nəfər isə 1993-cü ildə Füzuli rayonunda itkin düşüblər. Eyniləşdirilənlərdən 11-i hərbçi, 4-ü mülki şəxslərdir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR