İnsanlara hürriyət, millətlərə istiqlal!

Dövlət Agentliyinin direktoru təhsil ekspertlərini sərt tənqid etdi

844 28.11.2023 17:06 Son xəbər A A

“Özünü təhsil eksperti adlandıran şəxslərin bu sahədə təcrübəsi araşdırılmalıdır”.

“Report” xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyi yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova deyib.

O qeyd edib ki, bir çox hallarda təhsil ekspertləri reallığı əks etdirməyən rəqəmlərlə çıxış edirlər.

“Həmin şəxslərlə mübarizə aparmağımız düzgün deyil. Biz işimizi ictimaiyyətə düzgün rəqəmləri verməklə qurmalıyıq”.

Ü.Səttarova hesab edir ki, özünü təhsil eksperti adlandıran şəxslərin bu sahədə təcrübəsi araşdırılmalıdır:

“Düşünmürəm ki, təhsil ekspertinin meyarı yoxdur. Nailiyyəti olmayan, uğursuz olan şəxs özünü ekspert adlandırır. Amma hansı məlumatın etibarlı və ya etibarsız olması qərarını biz veririk”.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR