İnsanlara hürriyət, millətlərə istiqlal!

Doqquzuncu dəfə həbs edildi FOTO

912 01.04.2023 18:05 Kriminal A A

Mingəçevir ŞPŞ tərəfindən üzərində odlu silah-sursat gəzdirən və orta məktəbdən oğurluq edən şəxslər tutulub.

DİN Mətbuat xidmətinin Şəki regional qrupundan Musavat.com-a verilən məlumata görə, şəhər ərazisində Elçin adlı şəxsin üzərində odlu silah-sursat gəzdirməsi barədə polisə əməliyyat məlumatı daxil olub. Həyata keçirilən tədbirlərlə əvvəllər də ağır cinayətlər törətdiyi üçün 8 dəfə məhkum olunmuş və ümumilikdə 28 il azadlıqdan məhrum edilmiş Yevlax rayon sakini Elçin Ocaqquliyev saxlanılıb. Şəxsi axtarış zamanı onun üzərindən “Makarov” markalı tapança, silaha məxsus daraq və 5 ədəd patron aşkarlanaraq götürülüb.

Digər əməliyyat-axtarış tədbiri nəticəsində isə şəhər ərazisində yerləşən məktəblərin birindən oğurluq edən Rövşən Kərimov saxlanılıb. Onun gecə saatlarında məktəbə daxil olaraq oradan 8 ədəd kompüter oğurladığı və kolluq ərazidə gizlətdiyi müəyyən edilib. Məqsədi isə bir neçə gün keçdikdən sonra onları satmaq və qazanc əldə etmək olub. Ancaq R.Kərimov niyyətini sona qədər həyata keçirə bilməyib və oğurladıqları gizlətdiyi yerdən maddi sübut kimi götürülərək istintaqa təqdim olunub.

Hər iki faktla bağlı cinayət işi başlanılıb. 

 
 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR