İnsanlara hürriyət, millətlərə istiqlal!

Donald Donaldı danladı - Trampın NATO ilə bağlı sözləri Avropaya soyuq duş olub

435 13.02.2024 13:05 Dünya A A

Polşanın baş naziri Donald Tusk bildirib ki, ABŞ-ın keçmiş prezidenti Donald Trampın NATO ilə bağlı açıqlamalarından sonra Avropa İttifaqı (Aİ) ölkələri sərhədlərini qorumağa hazır olmalıdır.

Musavat.com xəbər verir ki, bu barədə “El Mundo” nəşri məlumat yayıb.

“Aİ, Fransa və Polşa güclü ölkələrə çevrilməlidir, öz sərhədlərini, ərazilərini müdafiə etməyə, Avropa İttifaqından kənarda müttəfiqlərimizi və dostlarımızı qorumağa və dəstəkləməyə hazır olmalıdır”, - deyən Tusk Trampın sözlərinin “hamı üçün soyuq duş” olduğunu bildirib.

Polşanın baş naziri Avropanın öz müdafiə siyasətinin yaradılmasının zəruriliyini belə müdafiə edərək vurğulayıb ki, bu, NATO-ya qarşı hərəkət olmamalıdır, əksinə, mövcud mexanizmləri tamamlamaq məqsədi daşımalıdır.

Donald Tusk daha əvvəl Trampın partiyasının üzvlərini, ABŞ respublikaçılarını Ukraynaya yardım haqqında qanun layihəsini Senatda blokladıqları üçün sərt şəkildə tənqid edib.

Fevralın 11-də Tramp ÜDM-in iki faizini müdafiəyə ayırmaqdan imtina edən NATO üzvlərinə qarşı Rusiyanın potensial hücumlarını bəyənəcəyini söyləyib. Ölkələr bu sazişi alyans çərçivəsində həyata keçirməyə söz veriblər.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR