İnsanlara hürriyət, millətlərə istiqlal!

Dollar yenə bahalaşdı - 1 AZN bu qədər lirə oldu

18486 09.10.2023 11:44 Son xəbər A A

Türkiyə lirəsi dollar qarşısında tarixi minimumunu yeniləyib.

Musavat.com Trend-ə istinadən xəbər verir ki, oktyabrın 9-da birjalarda Dollar/Türkiyə lirəsi məzənnəsi 28,09 səviyyəsini test edib, hazırda isə 27,69 səviyyəsində ticarət edilir. Başqa sözlə, dollar bu gün TL qarşısında 0,31% bahalaşıb.

Türkiyə Mərkəzi Bankı dolların bugünkü məzənnəsini alış üzrə 27.55 TL, satış üzrə 27.60 TL müəyyən edib. Azərbaycanda isə Azərbaycan Mərkəzi Bankının oktyabrın 9-da açıqladığı məzənnəyə əsasən, 1 TL 0,0616 manata ticarət edilir.

Qeyd edək ki, Türkiyə Maliyyə Nazirliyi daha əvvəl bəyan edib ki, onlar məzənnə ilə bağlı hədəflər təyin etmirlər, lirə sərbəst şəkildə üzmək üçün buraxılıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR