İnsanlara hürriyət, millətlərə istiqlal!

Dmitri Polyanski: "Rusiya hamıdan çox Cənubi Qafqaz regionunda sabitlikdə maraqlıdır"

743 22.09.2023 00:10 Son xəbər A A

BMT Təhlükəsizlik Şurasında Qarabağla bağlı müzakirələr başlayıb.

Musavat.com xəbər verir ki, müzakirələrdə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov iştirak edir.

Rusiyanın BMT-dəki daimi nümayəndəsinin birinci müavini Dmitri Polyanski deyib: Rusiya hamıdan çox Cənubi Qafqaz regionunda sabitlikdə maraqlıdır.

Toqquşma zamanı mülki əhali arasında itkilər olub, sülhməramlılar öz xidməti vəzifələrini yerinə yetirərkən zərbə alıblar, itkilər olub.

Çətin vəziyyətə baxmayaraq, sülhməramlılar mülki əhalinin müdafiəsi üçün əlindən gələni etməyə davam edir. Hərbi əməliyyatların bərpasından bəri
qanın dayandırılması üçün səylər göstərilir, sentyabrın 20-də dayandırılması ilə bağlı razılıq əldə olunub, bu gün Yevlaxda danışıqlar aparılıb.

Mütləq prioritet hərbi əməliyyatların qarşısını almaq və siyasi-diplomatik sahəyə qayıtmaqdır. Qarabağ ermənilərinin təhlükəsizliyi və hüquqları prioritet məsələdir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR