İnsanlara hürriyət, millətlərə istiqlal!

DİQQƏT! Hər birimiz ciddi təhlükə ilə üz-üzəyik

1020 04.06.2024 21:12 Gündəm A A

İstənilən formada rəsmiləşdirmə, alqı-satqı prosesi həyata keçirərkən, yaxud hər hansı müqavilə bağlananda alıcı tərəf şəxsiyyət vəsiqəsini təqdim etməlidir. Maraqlı məqam odur ki, şəxsi məlumatlarımızın əks olunduğu bu sənədin ikinci tərəfin əlinə keçməsi təhlükəsizliyimizi riskə atır. Yəni, heç birimiz kibercinayətkarların qurbanı olmaqdan sığortalanmamışıq.

Bəs dələduzların qurbanı olmamaq üçün nələrə diqqət edilməlidir?

Hüquqşünas Ramil Süleymanov məsələ ilə bağlı bir sıra detalları “Yeni Sabah”a açıqlayıb:

“Bu məsələdə risk həmişə mövcuddur. Əsasən, tərəflər burada qarşılıqlı etimad əsasında hərəkət edirlər. Çünki malın satıcısı olan tərəf alıcıdan müvafiq sənədləri istəyir ki, həm sənədləşmə həyata keçsin, həm də malın sahibi müəyyən olunsun. Belə olan zaman mütləq şəkildə şəxsiyyət vəsiqəsi ona görə tələb olunur ki, alıcının adına zəmanət talonu yazılsın. Burada iki formada əməkdaşlıq mümkündür. Birincisi, işgüzar adətlərlə tənzimlənmədir. Yəni, qanunda tərəflərin üzərində yazılı öhdəliklər olmasa belə, şəxsi məlumatların qorunması həyata keçirilir. Ancaq tərəflər arasında alqı-satqı müqaviləsi olduğu halda bu qanun həmin müqavilənin müddəaları ilə tənzimlənir”.

Hüquqşünas bildirib ki, əgər alıcının adından kredit götürülməsi, ya da şəxsi məlumatların hər hansısa bir yerə ötürülməsi ilə bağlı məlumat ortaya çıxarsa, vətəndaşın tam olaraq ixtiyarı çatır ki, bununla bağlı prokurorluğa müraciət etsin:

“Müraciət edən zaman vətəndaş hansı müəssisələrlə kredit yaxud nisyə alqı-satqı müqaviləsi bağlayıbsa, onları aidiyyatı orqana təqdim etməlidir. Prokurorluq araşdırmanı həmin istiqamətdə aparır. Nəticə etibarilə, məsələ prokurorluq tərəfindən müəyyən olunduğu təqdirdə, bununla bağlı cinayət işi başlanıla bilir. Şikayətçi şəxs zərərçəkmiş qismində tanınır və ona dəymiş ziyanı qarşı tərəfdən tələb edə bilir”.

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR