İnsanlara hürriyət, millətlərə istiqlal!

Diqqət çəkən görüş: Rusiya Azərbaycana minnətdarlığını bildirdi

888 03.07.2026 19:21 Siyasət A A

Rusiya Azərbaycanın UNESCO-nun Antidopinq Komitəsində üzvlüyünün bərpasına göstərdiyi dəstəyə görə minnətdarlığını ifadə edib.

Musavat.com xəbər verir ki, bu barədə Rusiyanın idman naziri Mixail Deqtyarev Bakıda Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbovla keçirdiyi görüşdə bildirib.

Deqtyarevin sözlərinə görə, Azərbaycanla Rusiya arasında idman sahəsində əməkdaşlıq davamlı olaraq möhkəmlənir. O qeyd edib ki, 2025–2026-cı illər ərzində azərbaycanlı idmançılar Rusiyada keçirilən 15 ən böyük yarışda iştirak ediblər.

Nazir həmçinin bildirib ki, cari ilin sonunadək beynəlxalq idman tədbirlərində iştirak etmək üçün 400-ə yaxın rusiyalı idmançı və məşqçi Azərbaycana səfər edəcək.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR