İnsanlara hürriyət, millətlərə istiqlal!

Diqqət! Bu əlamətlər varsa.... - Mədə xərçəngi

3820 17.05.2022 21:22 Səhiyyə A A

Mədə xərçəngi dünyada ən çox müşahidə olunan dördüncü xərçəng növüdür. Bu xəstəlikdən qeydə alınan ölümlər sırasında mədə xərçəngi dördüncü yeri tutur.

Musavat.com Teleqraf.com-a istinadən xəbər verir ki, siqaret çəkmək, sağlam qidalanmamaq, artıq çəki mədə xərçəngi riskini artırır.

Mədə xərçəngi mədə səthində hüceyrələrin nəzarətsiz böyüməsi və çoxalması nəticəsində yaranır. Bu xəstəlik qadınlarla müqayisədə kişilərdə daha tez yaranır. Birdən-birə çəki itirmək, mədə və qarın ağrısı, iştahsızlıq, ürəkbulanma, qara nəcis, tez toxluq hissi, udma çətinliyi, mədə yanğısı, həzmsizlik, zəiflik və ağız qoxusu mədə xərçənginin əlamətləri sırasındadır.

Lakin bu şikayətlər təkcə mədə xərçəngi deyil, qastrit, mədə xorası, onikibarmaq bağırsaq xorası kimi xəstəliklərin də carçısıdır.

Qədərindən artıq duzlu balıq, ət və turşulu tərəvəzlərdən istifadə etmək mədə xərçəngi riskini artırır.

Bununla yanaşı, kömür, metal və rezin sənayesində çalışanlarda mədə xərçənginə tutulma riski daha yüksəkdir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR