İnsanlara hürriyət, millətlərə istiqlal!

DİQQƏT! Benzinin qiyməti ilə bağlı YENİ XƏBƏR

6032 18.03.2023 17:30 İqtisadiyyat A A

Son günlər neftin qiymətində ucuzlaşma müşahidə olunur. Belə ki, "Brent" markalı neftin qiyməti 2021-ci ildən bəri ilk dəfə 75 dollara qədər geriləyib.

Neft bazarındakı bu dəyişikliyin ölkədəki benzin qiymətinə təsiri ilə bağlı iqtisadçı-ekspert Natiq Cəfərli Referans.az-a danışıb.

"Dünyada maliyyə böhranı olarsa, neftə tələbat da azalacaq. Ona görə də neftin qiymətində çox kəskin ucuzlaşma müşahidə olundu. Azərbaycanın daxili yanacaq qiymətlərinə gəlincə, daxili yanacaqda Aİ-92 markalı benzin və dizelin qiymətini dövlət müəyyənləşdirir. Bu qiymətlərin dəyişməsi dövlətin verəcəyi qərardan asılıdır. Bazarda baş verən proseslərin bununla heç bir əlaqəsi yoxdur. Amma Aİ-95 və Aİ-98 markalı benzin bazar tərəfindən tənzimlənir. Keçən il dünya bazarında neftin qiymətləri artdığı üçün Aİ-95 benzinin qiyməti 2 manata qaldırılmışdı. İndi isə neftin qiyməti 75 dollara kimi düşüb, məntiqlə Aİ-95 markalı benzinin qiyməti 1 manat 50 qəpiyə qədər ucuzlaşmalıdır, amma biz bunu hələ ki, görmürük".

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR