İnsanlara hürriyət, millətlərə istiqlal!

DİN: Zaqatalada meşədə yanğın törədən şəxs müəyyən edilib

780 04.09.2022 12:27 Kriminal A A

Sentyabrın 3-də günorta saatlarında Zaqatala rayonunun Axaxdərə kəndi yaxınlığındakı dağlıq ərazidə yanğın baş verib. Əraziyə cəlb edilən FHN, ETSN, Rayon Polis Şöbəsinin əməkdaşları, eləcə də yerli sakinlər tərəfindən yanğın söndürülüb, daha geniş əraziyə yayılmasının qarşısı alınıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Musavat.com-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində yanğını törədən şəxsin rayon sakini Abdulla Qurbanov olduğu müəyyən edilib. Araşdırmalar zamanı onun çay qaynatmaq məqsədilə orada ocaq qaladığı, ocağın közlərinin isə ətrafa yayılaraq yanğın törətdiyi məlum olub.

Faktla bağlı araşdırma aparılır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR