İnsanlara hürriyət, millətlərə istiqlal!

DİN çevik, peşəkar və operativ əməliyyat həyata keçirdi

1793 05.03.2023 14:39 Gündəm A A

"Ötən gün baş vermiş cinayət işinin açılmasında Daxili İşlər Nazirliyi çevik əməliyyat tədbiri həyata keçirdi. Əməliyyat peşəkar şəkildə yerinə yetirildi. Şübhəlinin əhalinin sıx toplaşdığı ərazidə insanlara zərər verilmədən zərərsizləşdirilməsi təqdirəlayiqdir".

Bu fikirləri Musavat.com-a Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Arzu Nağıyev deyib.

arzu_nagiyev_deputat_080520.jpg (32 KB)

Millət vəkili bildirib ki, son zamanlar DİN tərəfindən keçirilən əməliyyatlar bir daha göstərir ki, qurum texniki, eyni zamanda digər əməliyyat mənbələrindən istifadə edən peşəkar kadrlar yetişdirməkdədir: "DİN çevik, peşəkar və operativ əməliyyat həyata keçirdi. Bunun əsas səbəbi rəhbərliyin əməliyyata nəzarət edə bilməsi, əməkdaşların fəaliyyətini düzgün koordinasiya etməsidir. Əməliyyat təqdirəlayiqdir. Öldürülən mühafizə xidməti əməkdaşının Qarabağ müharibəsi iştirakçısı olduğu nəzərə alınaraq DİN və digər müvafiq qurumlar tərəfindən cinayətkarın silahının hansı yolla əldə olunması aydınlaşdırılacaq".

Nigar HƏSƏNLİ,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR