İnsanlara hürriyət, millətlərə istiqlal!

“Diasporla İş üzrə Dövlət Komitəsi milli maraqlarımızın keşiyində əzmlə dayanmaqdadır”

257 06.07.2023 16:20 Siyasət A A

Vahid Əhmədov: “Komitə Vətən müharibəsi dönəmində də Azərbaycan həqiqətlərinin dünyaya yayılmasında mühüm rol oynayıb”

İyulun 5-i Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin yaranmasından 21 il ötdü. Bu münasibətlə açıqlama verən millət vəkili Vahid Əhmədov Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyətini yüksək qiymətləndirib, dövlətimiz üçün kritik dönəmlərdə Komitənin sərgilədiyi fədakarlığa diqqət çəkib:

“Diasporla İş üzrə Dövlət Komitəsi beynəlxalq aləmdə milli maraqlarımızın keşiyində əzmlə dayanamqda, ölkəmizlə bağlı həqiqətlərin təbliğinda fəal iştirak etməkdədir. Hörmətli Fuad Muradovun Diasporla İş üzrə Dövlət Komitəsinin rəhbərliyində təmsil olunmasından sonra Komitənin fəaliyyəti mahiyyətcə yeni mərhələyə yüksəlmiş, ciddi keyfiyyət dəyişikliyi baş vermişdir. Komitə xaricdə yaşayan soydaşlaırmızla, diaspor təşkilatlarımızla ciddi iş aparır ki, bu da Azərbaycan həqiqətlərinin dünyanın hər yerinə yayılmasını, beynəlxalq ictimaiyyətin obyektiv şəkildə məlumatlıandırılmasını təmin edir. Biz bunu 44 günlük Vətən müharibəsində də, post-müharibə dönəmində də aydın şəkildə gördük.

44 günlük Vətən müharibəsi dönəmində Diasporla İş üzrə Dövlət Komitəsi xarici ölkələrdə yaşayan minlərlə soydaşımızı, yüzlərlə diaspor təşkilatını erməni faşizminin cinayətləri, onların vəhşilikləri haqqında operativ şəkildə məlumatlandırdı ki, bu informasiyalar xaricdəki soydaşlarımız tərəfindən yaşadıqları dövlətlərin media orqanlarında, sosial şəbəkələrində, müxtəlif tədbir və konfranslarda işıqlandırıldı. Dünyanın bir çox dövlətləri bir sıra mənbələrlə yanaşı, həm də Diasporla İş üzrə Dövlət Komitəsinin məlumatları əsasında erməni faşizminin cinayətləri, ölkəmizin apardığı haqq işi uğrunda dürüst məlumat əldə etdi”.

Millət vəkili Vətən müharibəsindən sonra Diasporla İş üzrə Dövlət Komitəsinin işğaldan azad edilən ərazilərə təşkil etdiyi səfərlərin də önəmini vurğuladı:

“Vətən müharibəsi başa çatandan sonra Azərbaycan vaxtiylə işğal altında qalan torpaqlarında faktiki nəzarəti ələ aldı, ərazi bütövlüyümüz təmin olundu. Bundan sonra həmin torpaqlarda aparılan araşdırmalar göstərdi ki, ermənilər 30 il ərzində bu ərazilərdə sivilizasiyanın bütün izlərini silib, yaşayış evləri, inzibati binalar, sosial obyektlərlə yanaşı, dini, tarixi, mədəni abidələri də dağıdıb, təbiətə divan tutublar. Diasporla İş üzrə Dövlət Komitəsi bu müddət ərzində bir neçə dəfə işğaldan azad edilən ərazilərə, xüsusilə də Şuşa şəhərinə xaricdə yaşayan soydaşlarımızın, diaspor təşkilatlarımızın səfərlərini təşkiil etdi. Bu səfərlər sayəsində soydaşlarımız erməni vəhşilikləri ilə yanaşı, dövlətimizin bu ərqazilərdə apardığı geniş abadlıq-quruculuq işləri ilə də tanış oldular. Həmin səfərlər iştirakçılara işğaldan azad edilən ərazilərimizin qeyri-adi təbii gözəlliklərini bilavasitə müşahidə etmək, bu ərazilərin füsunkar təbiətini öz gözləri ilə görmək imkanı yaratdı. Hansı ki, bu da ölkəmizin qədim mədəniyyət nümunələri, tarixi abidələri, ecazkar təbiəti haqqında məlumatların xarici medida yer almasına təkan verdi”.

Vahid Əhmədov Ulu öndər Heydər Əliyev tərəfindən yaradılan komitənin fəaliyyətinin hər ötən il daha da genişlənməsindən məmnunluq hissi ilə bəhs etdi:

“Bildiyiniz kimi, Diasporla İş üzrə Dövlət Komitəsinin əsası 21 il öncə Ümummilli lider Heydər Əliyev tərəfiundən qoyulub. Bu faktın özü Ulu öndərin uzaqgörənliyinə, onun xaricdə yaşayan soydaşlarımızla əlaqənin zərurətinə verdiyi önəmi göstərir.

Heydər Əliyev hər zaman xaricdəki soydaşlarımızla əlaqəyə, onların Vətənə bağlılığına xüsusi əhəmiyyət verib. Ulu öndər daim vurğulayırdı ki, hansı xarici ölkədə yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı bilməlidir ki, onun ancaq bir vətəni var. Bu vətən Azərbaycandır. Heydər Əliyev xaricdəki soydaşlarımızı daim Azərbaycanla əlaqə saxlamağa, onun maraqlarını yaşadıqları ölkələrdə daim müdafiə etməyə səsləyirdi. Diasporla İş üzrə Dövlət Komitəsi də məhz bu zərurətdən yaradılmışdır.

Prezident İlham Əliyevin dönəmində Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyəti daha da genişlənmiş, yeni ölkələri əhatə etmişdir. Ulu öndər kimi Prezident İlham Əliyev də xaricdəki soydaşlarımızla əlaqəyə mühüm önəm verir, onlarla bağlı hər bir məsələyə həssasiyyətlə yanaşır. Prezident İlham Əliyev öz çıxışlarında dəfələrlə xaricdə yaşayan soydaşlarımızla bağlı bir çox məqamlara toxunub, xaricdəki azərbaycanlıların hüquqlarının qorunmasının vacibliyindən bəhs edib. Qürurvericidir ki, Perzident İlham Əliyevin qayğısı sayəsində bu gün Komitə xaricdəki soydaşlarımızla Azərbaycan arasında körpü rolunu oynayır, dövlətçilik maraqlarımızın müdafiəsində aktiv iştirak edir.

Mən 21 illik yubiley münasibəti ilə başda hörmətli Fuad Muradov olmaqla, Diasporla İş üzrə Dövlət Komitəsinin bütün əməkdaşlarını təbrik edir, onlara yeni-yeni uğurlar arzulayıram. Əminəm ki, Diasporla İş üzrə Dövlət Komitəsi bundan sonra da xaricdəki soydaşlarımızın vətənlə əlaqəsini uğurla təmin edəcək, dünyanın hər yerində doğma Azərbaycanımızın səsi olacaq”.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR