İnsanlara hürriyət, millətlərə istiqlal!

Deputatlardan İrana qarşı kəskin çıxışlar və ilginc təkliflər

848 07.04.2023 12:25 Son xəbər A A

Milli Məclisin iclasında İran parlamentinin qərəzli bəyanatına etiraz bəyanatının qəbul olunmasından sonra bir sıra vacib deputatlar səsləndirildi.

Deputat Sabir Rüstəmxanlı bildirdi ki, spiker Sahibə Qafarova İslam Əməkdaşlıq Təşkilatının Əlcəzairdə keçirilən toplantısında İranı sərt şəkildə tənqid edib. Deputat bu qurumda İrana qarşı kifayət qədər dövlətlərin olduğunu söylədi və bəyanatın İƏT-ə də göndərilməsini zəruri saydı. S.Rüstəmxanlı həmçinin İranda yaşayan 40 milyon soydaşımızın pozulan hüquqları ilə bağlı beynəlxalq təşkilatlara müraciət edilməsini də təklif etdi.

Komitə sədri Səməd Seyidov da öz növbəsində dedi ki, 40 milyon azərbaycanlının pozulan hüquqları ilə bağlı beynəlxalq təşkilatlara müraciətlər edildiyini söylədi. O bildirdi ki, güneyli soydaşlarımız da bu məsələlərdə aktiv fəaliyyət göstərdiklərini vurğuladı. S.Seyidov da Milli Məclisin bəyanatının bütün beynəlxalq təşkilatlara göndərilməsini vacib saydı.

Deputat Hikmət Babaoğlu dedi ki, Azərbaycan daim İslam dinini sülh dini kimi təbliğ edir. Amma İranın yürütdüyü siyasətə görə, İslam dini terrorçu din kimi təqdim olunur.

Deputat Fəzail Ağamalı səsləndirilən təklifləri müdafiə etməklə yanaşı, əlavə təklif irəli sürdü. O, diaspora təşkilatlarımızın xarici əleyhinə mitinqlər keçirməyə çağırdı. F.Ağamalı Azərbaycanın da İrana qarşı sanksiyalara qoşulmasını, anti-İran koalisiyasında yer almağımızı təklif etdi.

Deputat Qüdrət Həsənquliyev İrana qarşı etiraz bəyanatının çox yumşaq dildə hazırlandığını söylədi, bildirdi. O, İran tərəfinin Azərbaycanın bu mövqeyini dəyərləndirəcəyinə ümidini ifadə etdi.

E.Paşasoy,

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR