İnsanlara hürriyət, millətlərə istiqlal!

Deputatla komitə sədri arasında söz atışması

1230 21.11.2023 16:24 Siyasət A A

Deputat Etibar Əliyev Milli Məclisdəki çıxışında pensiya ilə bağlı iradlarını səsləndirib.

Musavat.com-un xəbərinə görə, komitə sədri Musa Quliyev isə cavabında “bu çıxışı sizin üçün kim yazıb, deyə bilmərəm, amma məsələ belə deyil. Burada hər hansı gizlilik yoxdur” - deyib.

Etibar Əliyev cavabında bildirib ki, hər bir deputatın məsləhətçisi ola bilər, amma bütün çıxışlarını özü yazır: “Bu, Eynşteyn nəzəriyyəsi deyil ki, başa düşə bilməyim. Bu, qərəzlilikdir. Tənqidi fikir bildirmişəm, cavabınız varsa, deyin”.

Sədr “hörmətli həmkarlar, xahiş edirəm deputat etikasını həmişə yadınızda saxlayın” - deyə, reaksiya verib.

Komitə sədri Musa Quliyev yenidən söz alaraq qısa izahat vermək istədiyini bildirib.

“Etibar müəllim mənim ən hörmət etdiyim adamlardan biridir” - deyən komitə sədri bildirib ki, o, özü də bəzən nəyisə dəqiqləşdirməkdən ötrü müvafiq şöbələrlə əlaqə saxlayır.

“Burada qeyri-etik ifadə yoxdur. Nəzərə almaq lazımdır ki, Etibar müəllim iqtisadçı deyil. Sadəcə mən aydınlıq gətirmək istədim. Etibar müəllimə hörmətim var. Əgər o, məni böyük kimi siyahıdan çıxaracaqsa, bu, onun öz işidir”, - M.Quliyev qeyd edib.

Sədr Sahibə Qafarova isə reaksiyasında “əminəm ki, çıxartmaz. Etibar müəllim, küsmürsünüz ki? Heç küsə də bilməzsiniz” - deyərək ortamı yumşaldıb.

E.Paşasoy,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR