İnsanlara hürriyət, millətlərə istiqlal!

Deputatdan kredit borclarının silinməsilə bağlı TƏKLİF

1643 26.04.2022 15:51 İqtisadiyyat A A

“Bank borcları, faizləri bu gün əsas problemdir. Azərbaycanda elə ailə tapmaq olmaz ki, faizlər onları əzməsin”.

Musavat.com APA-ya istinadla xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında parlamentin İnsan hüquqları komitəsinin sədr müavini Tahir Kərimli deyib.

Deputat bildirib ki, yoxsul ölkələrdə, o cümlədən Azərbaycanda da kredit faizləri yüksəkdir:

“Camaat qazandığının hamısını borca verir. Biz Mərkəzi Bankın İdarə Heyətinə yeni sədr təyin etdik. Ondan xahiş edirəm ki, biz kredit faizlərinə 5-6% limit qoyaq, faizləri, borcları silək. Xalqımızı əzən borc sistemi haqqında yeni rəhbərlik qərar qəbul etsin”.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR