İnsanlara hürriyət, millətlərə istiqlal!

Deputat rüşvət alarkən SAXLANILDI

20517 30.05.2024 18:56 Region A A

Novosibirsk Deputatlar Şurasının üzvü böyük inşaat işi ilə məşğul olan şəxsdən rüşvət almaqda şübhəli bilinərək saxlanılıb.

Faktla bağlı Rusiya Federal Təhlükəsizlik Xidmətinin Novosibirsk vilayəti üzrə İdarəsinin materialları əsasında Rusiya Cinayət Məcəlləsinin 290-cı maddəsi (“Rüşvət alma”) ilə cinayət işi açılıb.

İstintaq ehtimal edir ki, 2022-ci ilin sentyabrından 2023-cü ilin yanvarına qədər 11 saylı seçki dairəsinin deputatı inşaat şirkətinin rəhbərindən rüşvət kimi üç milyon yarım rubl (40 min dollara yaxın) alıb. Bunun müqabilində deputat şəhərsalma sahəsində məsələləri həll edərkən tikinti təşkilatının maraqlarına lobbiçilik etməli olub.//Lent.az

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR