İnsanlara hürriyət, millətlərə istiqlal!

Deputat qeyri-iş günlərində yaranan çətinlikdən DANIŞDI - “Boşluqlar” praktikası QORUNSUN! VİDEO

1296 09.04.2023 11:00 İqtisadiyyat A A

“Milli Məclisin plenar iclasında “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Qanunda dəyişikliklər müzakirə olundu. Müzakirə zamanı çıxışımda qanun layihəsinin əsas anlayışlar bölməsində Avropa İttifaqı direktivləri və inkişaf etmiş ölkələrin oxşar qanunvericiliyinə uyğun olaraq texnoloji və informasiya tələbləri üzrə meyarların ayrıca qeyd olunması zəruriliyini bildirdim”.

Musavat.com xəbər verir ki, bu sözləri Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov qeyd edib.

2021-05-31-16-11-48NdNi3zy4n0HvT5xeZAFa_file.jpg (102 KB)

Deputatın sözlərinə görə, digər tərəfdən, kritik informasiya infrastrukturu obyektlərinin siyahısı (mövcud mətndə meyarlar idi) səlahiyyətli orqanların təklifləri əsasında təsdiq olunur:

“Meyarların saxlanması daha yaxşı olar, çünki siyahılar mütəmadi dəyişir. Eyni maddə üzrə rəsmi müraciətlərin cavablandırılması üçün 30 gün nəzərdə tutulur. Bu maddə üzrə 30 iş günü olarsa, yaxşı olardı. Çünki bəzi məlumatların hazırlanması və təqdim olunması kommunikasiya şəbəkəsinin sahibləri üçün xüsusi zaman tələb edə bilər. Qeyri-iş günlərinin sayının çox olduğu aylarda bu, xüsusi çətinlik yarada bilər.

Layihədə provayderin təsisçisi və onun səlahiyyətli nümayəndəsi və fəaliyyətə cəlb olunmuş digər əməkdaşlar Azərbaycan vətəndaşı olmalıdır. Daha yaxşı olardı ki, qeyd olunsun ki, kritik informasiya infrastrukturunun təhlükəsizliyi ilə yalnız Azərbaycan vətəndaşları məşğul ola bilərlər. Qanun layihəsinə əsasən, səlahiyyətli orqan tələblərə riayət olunmasını tələb edə bilər. Daha məqsədəuyğun olardı ki, qeyd olunsun ki, tələb etmək hüququna malikdir.

Layihədə təhlükəsizlik boşluqları və riskləri ifadəsində “boşluqları” sözü çıxarılır. Amma digər ölkələrin müvafiq qanunvericiliyində “boşluqlar” ifadəsinə rast gəlinir. Bu baxımdan oxşar praktikanın bizdə də qorunması məqsədəuyğun olardı”.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR