İnsanlara hürriyət, millətlərə istiqlal!

Deputat: “İran Ermənistanın bu hərəkətlərinə qarşı heç bir bəyanat qəbul etməyib”

357 07.04.2023 11:54 Son xəbər A A

Milli Məclisin iclasında çıxış edən deputat Bəxtiyar Əliyev İranın anti-Azərbaycan mövqeyinə etirazını bildirib.

Deputat xatırladıb ki, rəsmi Tehran daim Azərbaycanın düşmənləri ilə bir yerdə olub: “Azərbaycan torpaqları 30 il ərzində işğal altında qaldığı müddətdə İranın səlahiyyətli şəxsləri bir dəfə də olsun Azərbaycan ərazilərini işğal edən, Xocalı soyqırımını törədən, onlarla Azərbaycan kəndlərində soyqırımlar törətmiş Ermənistanın bu hərəkətlərinə qarşı heç bir bəyanat qəbul etməyib, əksinə, Ermənistanla diplomatik əlaqələri və hərbi əməkdaşlığı genişləndirib”.

B.Əliyev qeyd etdi ki, İran parlamenti son mövqeyi ilə Azərbaycan xalqına qarşı törədilmiş hərbi cinayətə şərik çıxdığını bir daha nümayiş etdirib. Deputat qeyd etdi ki, İran parlamentinin bu ədalətsiz bəyanatını Azərbaycan xalqı, keçmiş məcburi köçkünlər, o cümlədən Ermənistandan qovulmuş qaçqınlar da qətiyyətlə pisləyir.

E.Paşasoy,

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR