İnsanlara hürriyət, millətlərə istiqlal!

“Demokrat” Paşinyanın fərasəti

898 15.06.2026 18:36 Yazarlar A A

Ermənistanın Mərkəzi Seçki Komissiyası parlament seçkilərinin yekun nəticələrini açıqladı və Nikol Paşinyanın rəhbərlik etdiyi hakim “Vətəndaş Müqaviləsi” Partiyasının 726.818 səs toplayaraq ümumi səslərin 49.7456 faizini əldə etdiyi rəsmən elan olundu.

Həmçinin, Kremlin dəstək verdiyi qüvvələrin ikinci və üçüncülüyü təmin etdikləri açıqlandı. Rusiyalı erməni milyarder Samvel Karapetyanın başçılıq etdiyi “Güclü Ermənistan” alyansı 340.006 səs (23.271 faiz), eks-prezident, cinayət yolu ilə böyük pullar qazanmış Robert Köçəryanın baş nazirliyə namizədliyini irəli sürmüş “Ermənistan” bloku isə 144.983 səs (9.9231 faiz) qazandı. Beləliklə, “Vətəndaş Müqaviləsi” parlamentdə 64 yer, “Güclü Ermənistan” 29 yer, “Ermənistan” bloku isə 12 yer əldə etdi.

W7eQf4q5vNyEFYQez4Xt5pgaFcmh7yzG7YTFVkkp_1200.jpg (200 KB)

Diqqətçəkən bir sıra məqamlar var. Məsələn, Paşinyan seçkiöncəsi Karapetyan-Köçəryan-Tsarukyanın timsalında “üçbaşlı əjdahalar”ın başını əzəcəyini bəyan etmişdi, demək olar ki, müəyyən dərəcədə istəyinə nail olub. Sonuncu iş adamına nəinki baryeri keçmək, hətta ölkəni tərk edib, “hava almaq” imkanını belə çox gördü. “Zvartnots” hava limanında “Çiçəklənən Ermənistan”ın başçısı Tsarukyana dedilər ki, sənin dövlətə külli miqdarda vergi borcun var, hara gedirsən?! Robert Köçəryanı da eyni hava limanından geri qaytardılar, hətta 3 günlük “şəxsi işləri” ilə bağlı Ermənistanı tərk etməsinə imkan vermədilər.

e2b22200f07cf83bc6916868c48f7b71.jpg (108 KB)

Hazırda onun “öldü-qaldısı” ilə bağlı müxtəlif xəbərlər yayılır, tərəfdarları həbs olunmadığını deyir, amma seçki ilə bağlı prosedurların başa çatmasıyla hər şey ola bilər, çox baş aparırdı, ağlına gələni danışırdı. Üçüncü baş nazir olmaq iddiasında olanın da başı dərddədir, ona nəinki hava limanına getməyə, heç evdən bayıra çıxmağa da icazə vermirlər. Göründüyü kimi, Nikol Paşinyan rəqiblərinin əl-qolunu bağlayıb, faktiki olaraq. Seçkilərə bir il qalmışdan ta seçki gününə qədər kilsə təmsilçilərinin, daşnakların, siyasi rəqiblərin həbsxanalara doldurulması davam etdirildi, Avropa “demokratları”nın gözləri önündə. Hətta Rusiya tərəfdən seçkilərin kütləvi pozuntularla müşayiət olunduğu elan olunsa belə, Azərbaycana münasibətdə hər zaman “binokl və lupa siyasəti”ni yürüdən avropalı “demokratlar” Paşinyanın komandasının hoqqalarını görməzdən gəldi. Yalnız ATƏT səviyyəsində seçki pozuntuları barədə mızıldanmalar oldu, vəssalam.

92b192dc70d78efd8412255ad00263d0.jpg (125 KB)

Budur, seçkilərdə bu qədər biabırçılıqlar baş verib, səsini çıxaranı “dam”a basıblar, amma Ararat Mirzoyanı tez-tələsik Avropaya dəvət ediblər. Erməni nazir Lüksemburqda Aİ XİN başçılarının iclasında iştirak edir. O biri tərəfdən də Avropa İttifaqının komissarı Marta Kos İrəvana səfər edəcəyini deyib. Nə xəbərdir? Avropa İttifaqı Rusiyanın “sanksiyalarından” əziyyət çəkən Ermənistana 50 milyonluq yardım vəd edib. Avropa Sülh Fondunun 30 milyonluq yardımından sonra Paşinyan İrəvanda “sülh, dərdim mənim”, deyə-deyə hərbi parad keçirdi. Bax, bunların demokratiyası da budur, sülhü də...Əsl karikatura!

Diqqət edin, Paşinyan hətta “lap çox demokrat” olduğunu göstərməkdən ötrü səslərinin sayını azca azaltdı. İlkin nəticələrə görə, 49,8 faiz səs qazandığı elan olunmuşdusa, yekun rəqəm 49.7456 faiz oldu. Paşinyan demokratdırmı? Məşhur filmdə deyildiyi kimi, ərz elədik ki, xeyir, Paşinyan demokrat-zad deyil. Demokrat özünün siyasi rəqiblərinə necə deyərlər “qan uddurmazdı”.

Hərçənd, onların uduzması Azərbaycanın maraqları baxımından əhəmiyyətlidir. Əliqanlı Köçəryanı isə qan qusdurmaq lazımdır, amma Paşinyanın etdikləri bizim istədiyimiz üçün deyil, onun törətdiyi cinayətlərə görə müttəhimlər kürsüsünə çıxarılması lazımdır, az faizlə də olsa, parlamentdə oturması yox. Deməli, Paşinyanın istəkləri ilə bizim istəklərimiz heç də üst-üstə düşmür. Əks halda, Xankəndidə anadan olmuş, sovetlər dövründə Azərbaycan vətəndaşı olaraq Qarabağda yaşamış bu canini Xocalıdakı cinayətlərinə görə Azərbaycana təhvil verməlidir, nəinki mandat almasına şərait yaratmalıdır. Əgər Tsarukyanı hətta baryerə həsrət qoya bilmişdisə, Köçəryanı da eyni aqibətlə üz-üzə qoya bilərdi Paşinyan. Üstəlik, seçkilər hakimiyyətin müdaxilələri və total saxtakarlıqlarla keçibsə, bunu etmək elə də çətin deyildi. Həm də Köçəryana Ermənistanda daha çox nifrət var, nəinki Tsarukyana.

HsKn5Wlm8fa5dz3VtScBNOYppdLxjSKsH2ZsGsOy_1200.jpg (153 KB)

Ən azı ikinci Ermənistana iki dönəm rəhbərlik edib, vətəndaşlara zülm verməyib, Qarabağ klanının rəhbəri kimi faciələrdən milyonlar qazanmayıb, 1 mart 2008-ci ildə hakimiyyəti Serj Sərkisyana ötürərkən azı 10 ermənini güllələtdirməyib. Hələ parlamentdəki gülləbaran və s. Deməli, Paşinyanın Rusiya ilə anlaşdığı şübhə doğurmamalıdır. Bu anlaşma 1 apreldə olub. Odur ki, pomidor-xiyar sanksiyası sadəcə tamaşadır. Həmçinin Ermənistana təhdidlər, xəbərdarlıqlar.

Təxminən belə anlaşma olub: Rusiya Paşinyanın daha 5 il hakimiyyətdə qalmağına razılıq verir, bunun qarşılığında erməni baş nazir Rusiyanın adamlarına, xüsusən də Samvel Karapetyana – Ermənistanın İvanişvilisinə yaşıl işıq yandırır. Hər halda, ev dustağı olduğu halda, Karapetyanın 340.006 səs (23.271 faiz) toplaması sadə məsələ deyil. Əgər razılaşma olmasaydı, Rusiya və Kiprin vətəndaşı olması və Ermənistanda yaşamadığı faktını, üstəlik, barəsində çirkli pulların yuyulması, korrupsiya faktlarını əsas gətirib onu seçkilərdən kənarda qoya bilərdilər.

zbmlTobp1zlpMhPqb5GhnweI6p8kOSFyP5xIHACb_1200.jpg (234 KB)

Həmçinin Köçəryan haqqında “N” qədər dosye olduğu halda, Paşinyan ona parlamentdə yer almaq şansı yaratdı. Bununla da revanşistlərin Ermənistan parlamentində azı 41 mandat qazanmasına imkan verdi. Rusiya Paşinyana təkbaşına hökumət qurmaq imkanı yaratdısa da, onun azı 70 deputat mandatına malik olub, parlamentdə təkbaşına söz sahibi olmasına imkan vermədi. Amma bu, əvvəlcədən razılaşdırılmış nəticə idi, şəxsən mənim şübhəm yoxdur...Paşinyana da elə bu qədər lazım idi. Futbol komandası məğlub olan kimi baş məşqçinin istefası gündəmə gəlir. Paşinyan Azərbaycana biabırçı məğlubiyyətə uğrayıb, üstəlik də Köçəryan-Sərkisyanın fərari ordusu darmadağın edilib. Amma ermənilərdən mandat alırlar, parlamentdə ilk yerləri bölüşdürürlər? Deməli, bu seçkidən geniş planda heç erməni xalqının xəbəri olmayıb. Beləliklə, hamını aldadıblar, xüsusən də onu “pula tutan” avropalıları...

c770f298af22473759368c46d0a0fa47.jpg (111 KB)

Hə, yeri gəlmişkən, “boşandığı” Anna Akopyan birinci xanım kimi ABŞ-yə səfərə gedir. Seçkiöncəsi boşanma şousu qurmuşdular. “Fərasət”ə bax da...Necə deyərlər, ermənidirlər...Ehtiyatlı olmalıyıq!

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR