İnsanlara hürriyət, millətlərə istiqlal!

DƏHŞƏTLİ QƏZA - Sürücü həyat yoldaşı və uşağını ataraq qaçdı

1164 02.10.2023 14:55 Hadisə A A

Rusiyanın Buryatiya Respublikasında qəza törədən sürücü arvadını və bir yaşlı oğlunu aşmış avtomobildə qoyaraq hadisə yerindən qaçıb.

Musavat.com yerli KİV-ə istinadən xəbər verir ki, sentyabrın 30-da axşam saatlarında “Toyota Camry” markalı avtomobili idarə edən 27 yaşlı kişi Ulan-Udedən Kijinqa kəndi istiqamətində hərəkətdə olub.

Məlumata görə, kənddən 25 kilometr aralıda avtomobil yoldan çıxaraq kanala aşıb. Qəza zamanı kişi sərxoş olub. Qəzadan sonra o, həyat yoldaşı və oğlunu yaralı halda avtomobildə qoyaraq, hadisə yerindən qaçmaq qərarına gəlib. Qadın və uşaq orta dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Sürücü saxlanılaraq inzibati məsuliyyətə cəlb edilib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR