İnsanlara hürriyət, millətlərə istiqlal!

DƏHŞƏTLİ QƏTL: Saatlarla işgəncə verdiyi qadını öldürdü, cəsədini isə .... VİDEO

1792 15.10.2022 14:45 Kriminal A A

Türkiyədə bir nəfərin dost olduğu qadına işgəncə verərək öldürdüyü, daha sonra isə meyiti yolun kənarındakı zibil toplama məntəqəsinin yanına atdığı iddia edilir.

Musavat.com xəbər verir ki, hadisə Türkiyənin Elazığ şəhərində baş verib. 

Hadisə gecə saatlarında Sarıçubuk kəndində baş verib. Alınan məlumata görə, gecə saatlarında rayon ərazisində yol kənarında zibil toplama məntəqəsinin yanında hərəkətsiz vəziyyətdə uzanan qadının olması xəbəri alındıqdan sonra hadisə yerinə jandarma qrupları göndərilib. Qısa müddətdə hadisə yerinə gələn Elazığ İl Jandarma Komandanlığı üzərində şəxsiyyəti olmayan qadının öldüyünü təyin edib.

Elazığ'da kadın cinayeti! İşkence edip öldürdü... Vahşeti itiraf etti - Son  Dakika Haberleri İnternet

Müayinələrdən sonra qadının Tekirdağda yaşayan və bir neçə gün əvvəl Elazığa gələn Hüsniyə Kəskinbaş olduğu müəyyənləşib. H.Kəskinbaşın cəsədi ekspertiza üçün Fırat Universiteti Xəstəxanasının morquna aparılıb.

Şəhərə giriş-çıxış nöqtələrini bağlayan Jandarma, 4 saat davam edən iş nəticəsində hadisəyə qarışan Ö.D. və N.Ü əməliyyatla saxlanııb. Ö.D.-nin avtomobilinə baxış zamanı 1 ədəd tapança aşkar edilərək götürülüb.

Evinə qarşı keçirilən əməliyyat zamanı yaxalanan N.Ü Hüsniyə Kəskintaşı aralarında yaranan mübahisə zəminində öldürdüyünü etiraf edib. 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR