İnsanlara hürriyət, millətlərə istiqlal!

DƏHŞƏTLİ HADİSƏ: Diri-diri basdırılan yeni doğulmuş körpəni BELƏ XİLAS ETDİLƏR FOTO

993 14.09.2023 17:44 Hadisə A A

Hindistanın Pulandar kəndində yaşayan Rajesh Kumar və həyat yoldaşı Neelam işdən evə qayıdarkən yer altından qışqırıq səslərinin gəldiyini görüblər.

Musavat.com xəbər verir ki, Kumar səslərin eşidilən əraziyə yaxınlaşanda kiçik bir əl görüb və arvadı ilə həmin yeri qazmağa başlayıb.

Cütlük torpağın altında diri-diri basdırılan yeni doğulmuş körpəni xilas edə bilib.

Dəhşətli görüntülər sosial mediada paylaşıldıqdan sonra sərt reaksiyalara səbəb olub. 

Hadisə yerinə polis qrupları çağırıldıqdan sonra körpə yerin altından xilas edilərək yaxınlıqdakı xəstəxanaya çatdırılıb. Polis valideynlərini tapmağa çalışdıqları körpənin sağaldıqdan sonra Uşaq Müdafiəsi Agentliyinə veriləcəyini təsdiqləyib. İki qızı olan Rajesh Kumar və həyat yoldaşı Neelam torpaqda tapdıqları körpəni övladlığa götürmək üçün müraciət edəcəklərini bildiriblər.

Musavat.com

1

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR