İnsanlara hürriyət, millətlərə istiqlal!

DƏHŞƏTLİ GÖRÜNTÜLƏR: Yanan evdə üçəmlərdən ikisi faciəvi şəkildə can verdi - VİDEO

834 23.04.2023 13:05 Hadisə A A

Türkiyənin Mersin şəhərində dəhşətli hadisə baş verib. 

Musavat.com xəbər verir ki, şəhərdə bir evdə çıxan yanğında 8 yaşlı üçəmlərdən ikisi faciəvi şəkildə həlak olublar. 

Biri isə ağır yaralı olaraq xəstəxanaya yerləşdirilib. Yanğının hansı səbəbdən baş verdiyi hələlik məlum deyil. Yanğının zamanı atanın evdə olmadığı məlum olub. Üçəmlərdən birinin də fiziki məhdudiyətli olduğu açıqlanıb.

Hadisə zamanı ananın da evdə olduğu və üçəmlərdən yalnız birini xilas edə bildiyi qeyd edilib. 

Yanğın zamanı ağır xəsarət alan 8 yaşlı Nisa təcili tibbi yardım ilə şəhər xəstəxanasına çatdırılıb.

Polislər prokurorun nəzarəti altında hadisə yerində araşdırma aparıb. Müayinədən sonra uşaqların cəsədləri evdən çıxarılaraq cənazə maşını ilə üçün morqa aparılıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR