İnsanlara hürriyət, millətlərə istiqlal!

DƏHŞƏTLİ FACİƏ: Zəhərli yulaf yeyən 13 nəfərlik ailə ÖLDÜ

1070 01.06.2023 16:55 Hadisə A A

Namibiyada dəhşətli faicə baş verib.

Musavat.com xəbər verir ki, eyni ailədən olan 13 nəfər zəhərli maddə ilə qarışdırılmış yulaf yediyi üçün ölüb.

Səlahiyyətlilər daha 4 nəfərin vəziyyətinin ağır olduğunu bildirib.

Namibiya Səhiyyə Nazirliyi də hadisə ilə bağlı açıqlama yayıb. Açıqlamada bildirilir ki, ölkənin şimalındakı Kavanqo bölgəsində eyni ailədən olan 13 nəfərin evdə hazırlanmış spirtdən qalan maddə ilə yulafı qarışığı hadisənin baş verməsinə səbəb olub.

Həyatını itirənlərin 2-33 yaş arasında və eyni ailədən olduğu bildirilib. Bu yulafdan istifadə edən daha 4 nəfərin də vəziyyətinin ağır olduğunu bildirib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR