İnsanlara hürriyət, millətlərə istiqlal!

Daşnakların nümayəndəsi həbs edildi  

636 14.03.2024 18:50 Region A A

İrəvan Şəhər Ümumi Yurisdiksiya Məhkəməsi hakim Hovhannes Avakyanın sədrliyi ilə müstəntiqin Daşnaksütyun partiyasının üzvü Qaqik Sarkisyan haqqında həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı vəsatətini qismən təmin edib.

Musavat.com erməni mediasına istinadən bildirir ki, məhkəmə sonuncunu bir ay müddətinə həbs edib. Bunu vəkil Vahe Yeprikyan yerli mediaya deyib.

Bildirilir ki, martın 13-də MTN əməkdaşları Qaqik Sarkisyanın evinə soxulub və sonuncunun oğlunun dediyi kimi, evdə axtarış aparıb, hər şeyi çevirib, sonra isə partiya üzvünü saxlayıblar. Sonradan məlum olub ki, Qaqik Sarkisyan hakim “Mülki Müqavilə” partiyasından olan deputat Qaqik Melkonyanın evinin və “Vətəndaş Müqaviləsi” dəftərxanasının yaxınlığında partlayıcı materialların tapılması ilə bağlı saxlanılıb və bu, terror aktına cəhd kimi qiymətləndirib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR